İlk addımdan günümüzә
İndigo Supernatural Abilities tərəfindən "Hekayə" bolməsinə 17:29 13 oktyabr 2016 tarixində əlavə olunmuşdur

7 Gün Öncə

İlk addımdan günümüzә

İndigo hərəkatının nə olduğunu bilmək üçün onun tarixinə nəzər salmaq lazımdır. Gəlin ən qədim tarixlərə qayıdaq. O qədər keçmişə qayıdaq ki, tarix belə həmin vaxtı dəqiq müəyyən edə bilməsin. Hindistana gedək. Hələ də 4 böyük din yaranmayıb. (Buddizm, Hinduizm, Brahmanizm, Caynizm). Amma bu 4 dinin inkişafında böyük rolu olan Veda dininə nəzər salsaq görərik ki, bu dində, dünya üzərində olan demək olar hər bir əşya və canlının öz tanrısı var. Və bu tanrılar təbii ki saysızdır. Nə qədər qəribə olsa da veda dini polytheism və monotheismin vəhdədi sayılırdı.
Bu qədər məlumat hələlik bəsdir. İndi keçək İspaniyaya. Andalusi vilayətinə. O zamanlar burada yaşayan məhşur mütəfəkkir Muhiddin Ərəbinin özünə məxsus və cəlbedici bir fəlsəfəsi var idi ki, bu fəlsəfənin yaranmasında da Veda dininin çox böyük yardımı olduğu düşünülür. Bayaq da dediyimiz kimi veda dini çox sadə, bir o qədər də qarışıq dindir. Ərəbi bu dində olan bütün tanrıları birləşdirərək bu dini tam təkallahlılaşdırmışdır. Onun fəlsəfəsində "Vəhdət-i Bədən" anlayışı işlədilirdi ki bu da tək vücudlu tanrılara işarə edirdi. Ərəbiyə görə "Vəhdətül Bədən" kainat tanrıdadır kimi izah olunurdu. Bu fəlsəfə öz zamanının ən çox səs küy qoparan fikirlərindən biri olsa da çox da yayılmadı. Ta ki, onun bu fikirlərinə heyran olmuş Benedikt Spinoza onunla görüşənə qədər. Spinoza Ərəbinin fəlsəfəsini hər tərəfli araşdırdıqdan sonra onu nisbətən inkar edən Pantheism fəlsəfəsini yaratdı. Bayaq da dediyimiz kimi, Ərəbinin fəlsəfəsində "Vəhdət-i Bədən" kainat tanrıdadır kimi izah edilirdi. Amma Spinoza bununla razılaşmadı və öz fəlsəfəsində bu "Vəhdət-i Bədən" məsələsini tanrı kainatdadır kimi izah etmişdir. Bu fəlsəfə tam üsyan xarakterli bir girişim olduğuna görə tez bir zamanda, çox yerə yayıldı. Hətta Pantheismin bir neçə qolu da yarandı. Pantheism, Pandeism, Pan-entheism.
Bizə lazım olan növbəti qol isə Pan-entheism olacaq. Pantheism-lə pan-entheism arasında əhəmiyyətli bir fərq vardır. Pantheismdə hər şey (bütün varlıqlar və kainat) tanrıdır. Pan-entheism-də isə, hər şey tanrıdan meydana gəlmişdir. Ruhun yeganə məqsədi meydana gəldiyi tanrıya dönməkdir. Bunun da yolu tək universal qanun olan təkamül proseslərindən keçməkdədir.
Bu fikirlər sizə tanış gəlirsə, onda, XIV əsrin sonu, XV əsrin əvvəllərindəki Azərbaycana gələ bilərik. Ədəbiyyat kitablarında adını bol bol eşitdiyimiz, amma, ciddiyyətindən xəbərsiz olduğumuz bir şəxslə qarşılaşırıq. Şəhadəddin Fəzlullah Astrabadi Nəimi. Bu şəxs çox istedadlı siyasətçi və natiq olmuşdur. Öz dövründə öz yaşadığı yerdən ayrılaraq həccə getmiş, qayıtdıqda insanları öz ətrafına yığaraq öz təriqətini təbliğ etmişdir. Daha sonra o dağda yerləşən bir mağaraya gedərək ömrünün ən lazımi dövrünə, Barama dövrünə keçid etmişdir. Uzun müddət baramada qalan Nəimi çıxdıqdan sonra insanları yenidən ətrafına yığmış və özünü Hz. Mehdi elan etmişdir. Nəiminin insanlar üzərində hakimiyyəti o qədər güclü idi ki, Əmir Teymurun oğlu Miranşah bu vəziyyətdən narahat olmuş və Nəiminin həbsinə əmr vermişdir. Nəimi 1394-cü ildə Naxçıvanda Əlincə qalasında edam edilmişdir.
Nəiminin Sufiliyə gətirdiyi bu yeni baxış aspekti insanlar tərəfindən çox böyük rəğbət görsə də tarix boyu bütün vilayətlərdə idarəçi qüvvələrdə çox böyük qorxu yaratmışdır. Bəs niyə? Axı onun gətirdiyi yenilik Quranın hərflər və rəqəmlər ilə izah olunmasından başqa bir şey deyildi. Amma bunun belə sadəliyinə aldanmaq olmaz. Və unutmaq olmaz ki, "Omnia in numeris sita sunt!".
-Güzgü


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+34=
Hesaba giriş
Müəllif

İndigo Supernatural Abilities
Haqqında
Facebook da İndigo - Supernatural Abilities səhifəsinin rəsmi Yazar.in profili.
Əlaqə
E-mail:
saptolm@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0216 saniye