İlk görüş
(Mənsur şeir)
Sevinirdi...Sevinci yerə-göyə sığmırdı.Görüsə tələsirdi...İlk görüşə.Ürəyində neçə deyiləsi sözü,arzusu vardı.Gözləri gülürdü.Necə də sevinməyəydi.Çoxdan həsrətində olduğu bir gözəldən razılıq almış və görüş təyin etmişdi.Sanki bu gün onun üçün əvəzedilməz bir gün idi.Bəxtindən hava da sakit idi.Onun bu gün ilk görüşə getməyindən xəbərdar kimi ulduzlar da başqa bir həvəslə sayrışır,ona "ürəkli ol"_deyirdilər...
Görüş yeri...Təyin edilmiş vədə...Görüşdülər...Sakit-sakit baxışdılar."İlk görüş sevginin ilk nəğməsidir"-deyiblər.Baxışlar danışır,ürəklər aramla vurur,ilk görüşün ilk nəğməsini oxuyurdu...
Nədən başlasın?Deməyə o qədər söz vardı ki.
Sükutu həzin-həzin əsən sərin meh və titrəşən yarpaqların pıçıltısı pozdu.Bir azdan bu pıçıltıya oğlanın səsi qarışdı:
-Gəl and içək,əhd bağlayaq ki,sevgimizə sadiq,vəfalı olacağıq.Bir-birimizi sevəcəyik ömrümüz boyu...Qoy ay da bu əhdimizə şahid olsun.....
15.12.1981.Zərdabi (Mövlud Ağamməd)