İlk konstitusiya harda yaranıb?
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 17:55 04 dekabr 2015 tarixində əlavə olunmuşdur

Dünya konstitusionalizminin vətəni İngiltərə hesab olunur.

İngiltərədə “Böyük azadlıqlar xartiyası”nın (Maqna Xarta) tərtib elədiyi akt ilk konstitusiya aktı kimi qəbul edilir. Amma ilk rəsmi yazılı konstitusiya, hələ indinin özündə də çoxsaylı dəyişiliklər edilən ABŞ konstitusiyasi hesab olunur. Bəziləri ABŞ konstitusiyasını ilk yazılı konstitusiya qəbul etdikləri kimi, bəziləri də 1710-cu ili də aprelin 10-da tərtib edilmiş “Pilip Orlikin konstitusiyası”nı (Zaporojye Qosunlarının hüquq və azadlığı haqda Pakt və Konstitusiya; Pasta et Constitutiones legum libertatumge Exercitus Zaporoviensis) ilk konstitusiya hesab edirlər. Qeyd edək ki, bu sənəd realizə olunmamışdır.

Bəzilərinin fikrincə, hal-hazırda dünyada mövcud olan konstitusiyalar içərisində ən köhnəsi 1600-cü ildə qəbul olunmuş San-Marinonun əsas qanunlarıdır. Bu qanunlar toplusu, hətta 1300-cü ildə qəbul edilmiş San-Marino şəhərinin nizamnaməsində də öz əksini tapmışdı. Əgər “konstitusiya” termininin tarixinə nəzər salsaq görərik ki, Qədim Afina və Spartanın da öz konstitusiyası olub.

Hələ 220 il bundan əvvəl Amerikanın qurucu-ataları dünyanın ilk yazılı konstitusiyasını yaratmışlar ki, bu tarixi sənəd- qanunlar toplusu da indinin özündə belə bir çox demokratik ölkələrin konstitusiyasında öz əksini tapır və yeni konstitusiya tərtibatçılarına da öz təsirini göstərir. Amerika Konstitusiyası ABŞ-ın əsas eksport predmetidir. Amerika konstitusiyasının təsiri digər ölkələrdə də hiss olunur. İlk Amerika konstitusiyası o qədər demokratik olmasa da, hər kəsdə demokratiyanın tam qələbəsinə böyük stimul yaradırdı.

ABŞ Konstitusiyası (ing. United States Constitution) – ABŞ-ın ali hüquqi gücə malik əsas qanunlar toplusudur. ABŞ Konstitusiyası 17 sentyabr 1787-ci ildə o vaxtlar mövcud olan 30 ştat tərəfindən Filadelfiyada Konstitusion Konventdə patifikasiya olunmuşdur. Bu müasir anlamda dünyanın ilk konstitusiyası hesab olunur. Bu konstitusiya 7 maddədən ibarət olmuş və sonradan 27 düzəliş edilmişdir ki, bunlar da konstitusiyanın ayrılmaz bir hissəsi hesab olunur.

ABŞ Konstitusiyasında Qanunvericilik (Konqress), İcraçı (Prezident) və Məhkəmə (Ali Məhkəmə və aşağı məhkəmələr) arasında hakimiyyətin bölüşdürülməsi əsas prinsip olaraq götürülür. ABŞ-da ştatlara qanunvericilik sahəsində geniş imkanlar verilir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+22=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0245 saniye