İlk türk qadın pilot - Səbihə Gökçən
Aysel Abdullazadə tərəfindən "Məşhurlar" bolməsinə 19:10 08 noyabr 2015 tarixində əlavə olunmuşdur

Türkiyənin ilk qadın pilotu və dünyanın ilk qadın qırıcı təyyarə pilotu olan Səbihə Gökçən 1996-cı ildə aviasiya tarixinə verdiyi töhfələrə görə, Amerika Hava Yolları Kolleci tərəfindən "Adını Dünya Tarixinə yazdıran 20 Pilotdan Biri" olaraq seçilmişdir.

Atatürkün səkkizinci mənəvi qızıdır (övladlığa götürdüyü qız).

Səbihə Gökçən Hafis İzzət Bəy və Xeyriyyə xanım cütlüyünün ikinci uşağı olaraq 22 mart 1913-cü ildə Bursada dünyaya gəldi. Kiçik yaşda atasını itirdikdən sonra böyük qardaşının dəstəyi ilə təhsil alan Səbihə 1925-ci ildə Bursa gəzintisində olan Mustafa Kamal ATATÜRK ilə tanış oldu. Həyat hekayəsini öyrənən və maddi vəziyyətlərinin yaxşı olmadığını anlayan Atatürk ailəsinin icazəsi ilə Səbihəni övladlığa alaraq İstanbula gətirdi və Üsküdar Qız Liseyində təhsilini davam etdirdi.

1935-ci ildə Türk Mülki Aviasiya Məktəbində təhsilini uğurla bitirən Səbihə Krımda 6 ay ərzində planerist təhsili alır. 1936-cı il 25 fevral tarixində ilk motorlu uçuş təcrübəsini keçir. 1937-ci ildə Tunceli Hərəkatına qoşulan Gökçən bu hərəkatdakı rolu sayəsində dünya tarixinin ilk qadın pilotu adını qazanır və Türk Hava Yolları tərəfindən İftixar Medalı ilə mükafatlandırılır.

1938-ci ildə beş gün davam edən Balkan turuna çıxaraq dünyadakı qadın pilotlara ilham verən Gökçən 1938-1955-ci illərdə Türk Hava Yollarında uçuş müəllimi kimi xidmət göstərir. 1940-ci ildə baş leytenant Kamal Esiner ilə ailə həyatı quran Səbihənin evliliyi 1943-cü ildə yoldaşının vaxtsız vəfatı ilə sona çatdı.

Uçuş karyerası boyunca 22 fərqli vətəndaş təyyarəsi və döyüş təyyarəsi ilə uçma təcrübəsi yaşamış Səbihə Gökçən həyatının son uçuşunu 1996-ci ildə 83 yaşında həyata keçirdi və 22 mart 2001-ci ildə Gülhanə xəstəxanasında həyata gözlərini yumdu.

“Səmaya bağlı” mənasını verən Gökçən soyadı ona Mustafa Kamal ATATÜRK tərəfindən 19 dekabr 1934-cü ildə verildi. Həyatı boyunca Türk aviasiya elminə böyük töhfələr verən və Türk qadınının dünyadakı statusunu yüksəltmək üçün çalışan Səbihə Gökçənin şərəfinə Beynəlxalq Hava Limanına onun adı verilmişdir.

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+19=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0451 saniye