İllər nə tez keçdi?!
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 16:27 13 noyabr 2015 tarixində əlavə olunmuşdur

Ayselin doğum günü... 06.05.2015

Həyatda hər bir insanın özəl, ona aid bir günü
olur. İnsan, özünü bu günün qəhrəmanı hiss edir bir növ…
Mənim də belə günüm <6 May>dır.

Amma nədənsə, hər ad günümdə çox qəribə hisslər keçirirəm…
Sözlər, sətirlər, cümlələr ifadə etməz bu günün xüsusiliyini… elə qəribədir ki, təsüratları… elə bənzərsizdir ki, yaşatdıqları…

Bu günü insan nədənsə etinasız yaşaya bilmir… Geriyə yaşadıqlarına nəzər salmaya bilmir… Dönüb arxasına boylananda istər kədər qarışıq təəssüf , istərsə də “kaş ki” deməyə səbəb axtarmaya bilmir.

Bütün yaşadıqlarını kino lenti kimi yaddaşında canlandırmaya bilmir. Hər keçən il insan məsuliyyətini daha da artırır… Bəzən zamanı dondurmaq istəyirsən, amma zaman öz hökmünü özü verir axı… Hakim odur… İllər, saatlar saniyələr onun hökmüylə dönür… Bəs görəsən, niyə uşaqlıqda tez böyüməyi arzuladığımız halda indi zamanı dondurub, ya da arxaya çevirib uşaq olmaq istəyirik… Bəlkə qayğılardan məsuliyyətdən qaçmaq istəyirik… “Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”-
deyirik…

Artıq ömrün 25 ili geridə qalır. Amma hər halda geridə buraxdığımız acılı-şirinli günlərlə, anlarla, saniyələrlə bərabər
yaşadığımız hər yaş bizimdir… Elə yaşamalıyıq ki, geri boylandıqda etdiyimiz əməllərdən xəcalət çəkməyək, əksinə yaşadıqlarımızdan qürur duyaq, onu gələcəyimizə bir stimul, bir bünövrə hesab edək…

Bu gün mənim günümdür- ad günümdür.

İnsanlar zəng edir… təbrik edir…
Yaddaşlarda olduğum üçün sevinirəm… Zəng
edənlər, axtaranlar, yada salanlar varsa, deməli kimlərinsə qəlbində iz salmışam… Xatırlandığım üçün sevinirəm…

Amma qəlbimdə bir hüzün var sanki… “İllər nə tez keçdi?”…

Aysel Abdullazadə
06.05.2015

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+24=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0263 saniye