Bədənimdəki qəftədən qurtulub əynimi geyinməyə başladım. Saçlarımı təzəcə fenləməyə başlamışdım ki, telefonumun vibrasiyalı zəngi eşidildi. Ekrana vecsiz baxıb qəbul etdim. "Sahib"im axşama möhtəşəm olmağımı tapşırıb müştərinin adını çəkdi.Eşidən kimi nəfəsimi içəri çəkib gözlərimin önündə keçmişimi canlandırdım.
Adım Firuzə. 19 yaş. Filologiya fakültəsinin dövlət təqaüdlü tələbəsi. Uşaq evində böyümüşəm. Kirayə evlərin birində tələbə qızlarla birgə yaşayıram. Dərslərimi özüm oxuyurdum. Heç bir müəllim məndən bircə qəpik də qoparda bilmirdi. Amma günlərin birində başıma gələn olay gələcəyimin yolunu açdı mənə. Universitetin ən gənc və yaraşıqlı müəllimi sayılan Dəmir Süleymanov tələbə qızların ağlını başından almışdı. Elə mənim də.
Qış idi. Evdə çörək yox idi.Mağaza uzaqda yerləşirdi. Geyinib mağazaya getdim. Çörəklə bərabər bir neçə yeyinti məmulatı da alıb geri qayıdırdım. Bu zaman qarşımı maşın kəsdi. Dəmir müəllimi görən kimi gözlərimə işıq gəldi və dişlərimi ağartdım sevincdən. O da eyni ifadə elə baxıb məni maşına dəvət etdi. İlk öncə etiraz etdimsə, sonrasında onun israrları nəticəsində qəbullanıb mindim. Arxada əyləşmişdim. Arabir gözlərimiz güzgüdə kəsişirdi və gülümsəyirdik. Amma mən maşının tamam başqa istiqamət üzrə sürüldüyünü bir az gec anlayıb onu məlumatlandırdığımda gülərək narahat olmamağımı bildirdi. Maşını qaranlıq yerə salıb cəld üstümə cumdu.İndi çatdı mənə. Bütün cəhdlərim iflasa uğradı. Əynimdəki geyimləri cırıb öpməyə başladı. Göz yaşları içində yalvarırdım. Amma eşitmədi...
Düz 2 həftə küçələrdə dilənçilik etdim o hadisədən sonra. Üzümü parça ilə örtmüşdüm ki, heç kim məni tanımasın. Əynimdə elə həmin geyimlər vardı. İyrənirdim özümdən. Ölmək istəyirdim.Hətta 2-3 dəfə şüşə parçasını biləyimə yaxınlaşdırmışdım da. Lənət! Olmadı. Alınmadı.
Bəs necə oldu da bu yola düşdüm?!
Mən gecələri küçələrdə karton üstündə yatırdım. Və birdən kimsə məni qucağına alıb aparmağa başladı.
Gerisini soruşmayın, lütfən. Heç nəyi xatırlamıram. Daha doğrusu, xatırlamaq istəmirəm...
Əynimə ən seksual donumu geyinib ayna qarşısına keçdim. Minimum makiyajla ironiyalı gülümsədim...