İllərə çəkib həsrəti,dandım,sənə qurban,
Hərdən də xəyallar ilə andım,sənə qurban.
***
Mən çəkdiyimin yüzdə birin çəkmədi Məcnun,
Çün ömrümü verdim yelə,yandım,sənə qurban.
***
Gündən günə artdıqca məlalım,oda düşdüm,
Mən ömrümə sultan səni sandım,sənə qurban.
***
Bir gün dedilər,vəslə yetibsən,xəbərim yox,
Ömrüm boyu tək-tənha dolandım,sənə qurban.
***
Gecdir daha,Mövlud,bilirəm özmü günahkar,
Yox dərdimə dərman,yenə qandım,sənə qurnan.
15.03.2015.Zərdabi.Mövlud Ağamməd.