İllərlə düşüb ardına sevdim yenə,ey gül.....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 23:24 22 noyabr 2015 tarixində əlavə olunmuşdur

İllərlə düşüb ardına sevdim yenə,ey gül.....

İllərlə düşüb ardına sevdim yenə,ey gül,
Dərman dilədim,dərdimə bildim yenə,ey gül.
***
Yox çarəsi eşqin dedi,axtarma cahanda,
Dərddən usanan Məcnuna güldüm yenə,ey gül.
***
Sən əhdinə sadiq,şama pərvanə yanantək,
Mən sevməyə layiq dəli dildim yenə,ey gül.
***
Qan ağladı qəlbim,dözə bilməz,ürəyimdən
Çox çəkdi bu hicran deyə sildm yenə,ey gül.
***
Mövlud,demə,bəxtin qarasından qaçacaqsan,
Yazmaq ilə öz dərdimi böldüm yenə,ey gül.

16.02.2015.Zərdabi.Mövlud Ağamməd.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0272 saniye