İllərlə sənin qeydinə qaldım, xəbərin yox
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 09:11 11 mart 2016 tarixində əlavə olunmuşdur

İllərlə sənin qeydinə qaldım,xəbərin yox,
Hərdən düşünüb yadıma saldım,xəbərin yox.
****
Sən gün keçirib kef ilə öz qədrini bildin,
Mən dərdini çəkməklə saraldım,xəbərin yox.
***
Hər an səni andım,səni fikrimdə yaşatdım,
Bilsən,nə şirin xülyaya daldım,xəbərin yox.
****
Bir gün dedilər,elçi düşübdür sənə qonşun,
Gec olsa da mən dərsimi aldım.xəbərin yox.
***
Yanmaz şəmə pərvanə əgər olmasa meyli,
Mövlud necə dinsin,dili laldım,xəbərin yox.

31.05.2015.Zərdabi.Mövlud Ağamməd.    


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+25=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.1107 saniye