Artıq bir müddətdir öz qələmi ilə oxucuların qəlbinə yol tapmağı bacaran gənc yazıçı və şair İlqar Kamilin ilk romanı olan “Ayrılıq”, cəmiyyətimizin müasir tələblərinə cavab verə biləcək bir əsərdir. Müəllifin ilk romanı olmasına baxmayaraq, əsərdə bəzi məqamlarda insanı duyğulandırıb kövrəldən, bəzən həyacanlandıran, bəzən isə gülüş yaradan, bir sözlə insanı özünə bağlamağı bacaran peşəkar qələm hiss olunmaqdadır.
Roman iki gəncin bir-birinə olan təmiz sevgisindən və onların qarşılıqlı münasibətindən bəhs edir. Bununla yanaşı, romanda hadisələr fonunda cəmiyyətimizdə aktual olan bir sıra məsələlər və problemlər də işıqlandı-rılmışdır ki, bu da əsəri günümüzlə səsləşməsi baxımından daha da maraqlı edir.
Əsərdə mövzunun əsasında duran ayrılıq məsələsinə yalnız bu günə qədər çox istifadə olunmuş maddi həyat anlamında yox, daha çox metafizik müstəvidə yanaşılmışdır.
Kitab geniş oxucu kütləsi, xüsusən də gənclər üçün nəzərdə tutulmuşdur.
“Ayrılıq” romanını onlayn şəkildə sifariş etmək mümkündür. Kitab bütün Azərbaycana üzrə pulsuz çatdırılır: www.parlaqimzalar.az