imansızın sevərim
Otağımda işlək saat olmasın,
Bən saatın zamansızın sevərim.
Qartalları zirvələrdə azmasın,
Bən dağların dumansızın sevərim.
"Qardaş"-deyib, dərdimə göz yumursa,
Göz yaşıyla qəm kirimi yumursa,
imanlısı haqdan cənnət umursa,
Bən dünyanın imansızın sevərim.
Kim çağırar səni adın yox olsa?
Yusif, kollar gülər palıd yıxılsa!
Gülə-gülə dost evimi yıxırsa,
Bən düşmanın amansızın sevərim.
Yusif Nazim Ərəbsoy