İnanc haqqım
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 00:01 22 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Soyundum bütün inanclarımı
Ey tanrı durmuşam sənin qarşında
İndi sən göstər mənə inancıvı.
Payımı belə artıq istəmirəm,
Mənə yalnız səmadan həqiqət göndər.
Cənnət hurilərinə görə, sənə inanmıram
Mən sənə ancaq cənnətsiz inanıram.
Şeytan səni sevirdi, sevdiyi üçün tərk etdi
Çünki bəzən sevdiyin üçün tərk edirsən.
Eh... Sən danışmırsan bilirəm
Bəs bu susqunluq nə üçündür?!
Sən heç dualara cavab vermirsən
Bütün dualar sən demə, səssiz cavablar daşıyır.
Mən səni qibləyə, məkkəyə görə sevmirəm
Səni mən olduğun üçün sevirəm.
Gecələr dualarım şeirlərə bəzən çevrilir
Mən səni dualarım üçün heç sevmirəm
Səni dualarsız sevirəm.
Sevməyim üçün, beş dəst vaxta ehtiyac yoxdur
Səni zamansız sevirəm.
Bəlkə, buludlardan axıdasan həqiqəti
Axı dünya dönür, səni 70 dən çox yerdə bildirirlər.
Bax, sənin adından, sənin olduğun bədənləri kəsirlər
Elə sənin adından, siyasətə atılıblar, ticarət yürüdürlər.
Hər kəs yazılanları bir cür başa düşür
Tanrı, bəlkə mənə inanc haqqımı verəsən...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+6=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0344 saniye