İnanc və inam, insanın daxili dünyasının təlimi – Epikur fəlsəfəsi!
NİKOLAY tərəfindən "Digər yazılar" bolməsinə 11:48 15 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Dünyaca məşhur filosof Epikur bir növ allahın varlığını qəbul edirdi, amma allaha inanmırdı. Onun fəlsəfi analizinə görə, dünya yalnız  öz cazibəsindən, çəkisindən yaxud da özünün yükündən asılı olduğundan  yuvarlaq yaşayış modeli  də  insanlara, o cümlədən digər canlılara agah olmayan səbəblərdən dövr edir.

Epikur deyirdi ki, insan dünyanın fırlanması mənzərəsini görməsə də  bir sıra elmi araşdırmalar sayəsində bu məlumatdan xəbərdardır. Onlar belə araşdırmalar ucbatından  “fırlanma”  versiyalarına inanırlar. Yəni, “özləri üçün inam” qazanırlar.

Lakin,  kimsə dünyanın fırlanmasına şahid deyilsə, gözləri ilə bunu görməyibsə, qulaqları ilə eşitməyibsə, amma   yenə də  versiyalar insan  beynində  inam faktoruna çevrilirsə, deməkdir ki, skeletlə  ət parçaları birgə sonsuzadək “inam”a inanmağa məhkumdur.  

Epikurun  fikrincə,  görmədiyinə, eşitmədiyinə, hətta bilmədiyinə, inanmamaq  şəxsi təzahürlərin  təməli üçün vacib amildir.   Əks təqdirdə, bunun bir adı var: Axmaqlıq. 

O, bu düşüncəyə  əsaslanaraq,  fərqli  bir fəlsəfə tezisinin yaradıcısı oldu. Versiyalar, insanlar arasında surətlə artan deyimlər  Epikur  fəlsəfəsinin mahiyyət etibarı ilə təkmilləşməsinə şərait yaratdı.  

İlahi  güclə  qarşılaşmayan, hər bir incə amili dəqiq qiymətləndirən  dahi filosof allaha inam srailizmini, yəni yönünü riyazi templə müəyyən etməyi bacardı.

Əlbəttə, bütün azyaşlı uşaqlar  hər kəsdən güclü və dərrakəli hesab edilən birisindən qorxmalıdır. Buna cavab olaraq, qədim dövrdə yaşamış filosof Demokrit  deyirdi ki, müəyyən yaş dövrünədək azyaşlıların ilah sayılan  gücdən  qorxmaları qəbul olunandır, lakin yaşca böyüklərin zehinlərdə  “iri ilah dördbucağı” yaratmaqları yanlış düşüncədir.

Ən azından, hamının beyni şəxsi düşüncəyə sahibdir. Belə də olmalıdır. Onda  hamının fikri  azadlığa can atar.  Hər  kimsələrin  sərsəm  hökmü  iflasa uğrayar, qərarları puça çıxar. Dinsiz bir dünyada yaşamağa cəhd etməyə çalışan  insanlar  da  beyinlərində yeni “modernist ” fikirlər ərsəyə  gətirərlər. Bu da əbədi hesab edilən  həyatın ilki olar. Hələlik, buradək. 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+28=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
nikbin.qasimli@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0541 saniye