İnanma
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 15:45 18 mart 2018 tarixində əlavə olunmuşdur
Köksündə iki kəs deyişir sənin,
Qəmginə qulaq ver, şənə inanma
Mey satır üzündə təbəssümüylə,
Sırıyır özünü sənə, inanma  

Yaşlar çoxalınca başlar böyüyər,
Alnında çatılan qaşlar böyüyər,
Müdrikin gözündə yaşlar böyüyər,
Saçlarda bərq vuran dənə inanma  

Düşsən də diz üstə, başını dik tut,
Düşdüyün qəfləti ərdəmlə ovut.
Dağlarda qoy olsun hədəfin bulud,
Zirvəni fəth edən çənə inanma  

Bir gündə on yönə dönür insanlar,
Ruhu eyş-işrətə gömür insanlar,
Desələr, kədərdən ölür insanlar,
Gülüb keç onlara, yenə inanma  

Sirlərin silahı qəlbimədir tuş,
Çıxdı başımıza qarğa - qonan quş.
Xoş günlər bir anda unudulurmuş
Əzizlə sabahı, dünə inanma  

Nə vaxtdır dünyadan aralanmışam,
Ya ruhum, ya fikrim, paralanmışam.
Ey cahil, görmürsən, havalanmışam?! Dəliyəm, dəliyəm, mənə inanma

... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+12=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0665 saniye