“İNCƏSƏNƏT – HƏYAT EŞQİMİN ÖZÜDÜR” – SSENARİ MÜƏLLİFİ VƏ QURULUŞÇU REJİSSOR ELŞƏN İSMAYIL
Saytımız artıq bir müddətdir çəkilişləri gedən və artıq yayımlanmış olan, maraqlı süjet xətti ilə diqqət çəkən “DƏRVİŞ” psixoloji dramın Ssenari müəllifi və Quruluşçu Rejissoru ELŞƏN İSMAYIL ilə müsahibəni və filmi sizlərə təqdim edir:
Film haqqında düşüncələriniz?
Texniki cəhətdən müəyyən qüsurlara malik olsa da, ideya, məzmun və süjet olaraq diqqətçəkən, günümüz sosial və bir sıra başqa problemləri tənqidi baxış bucağından dəyərləndirən filmdir.
Oynadığınız rol haqqında fikirləriniz?
Hər birimizin ən az Qərib qədər “Günahkar”-ıq! )))
Filmin komandası haqqında nə düşünürsünüz?
Komanda səmimi və istedadlı insanlardan təşkil olunub. Ümid edirəm, bəhrəsi də çox olacaq.
Filmin ideyası sizcə nədir?
Bu suala izləyicilər özləri cavab verməlidir. ))) Amma bir tək onu deyim ki, ideya cəhətdən Azərbaycan kino tarixində yeni cığır açan projedir.
Filmdən gözləntiləriniz?
Maraqlı təpkilər, çox sayda rəy və müəyyən qədər tamaşaçı tərəfindən müzakirələrə səbəb olacağı...
Yaradıcılıq planlarınız?
Bir-birindən maraqlı yeni layihələr...
Həyat qayəniz?
Arzularımla insanlığı birlikdə sevməm və bunun uğruna yaşamam.
Yaradıcılığa ilk gəlişiniz?
2003-cü il şair kimi, 2007-ci ildən aktyor, 2012-ci ildən rejissor, 2016-cı ildən yazar...
İncəsənəti sevməyinizin əsas səbəbini bizə anlada bilərsiniz?
İncəsənət – həyat eşqimin özü, özəyidir.
Dünya kinosunda ən çox sevdiyiniz film.
Bir çox filmlər var. Mən bir izləyici kimi psixoloji, qorxu, dram və dedektiv janrında çəkilən filmləri daha çox sevirəm.
“DƏRVİŞ” bədii filmi: