İndi bu kədərin yükünü hansı kafedə dağıdaq?
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 10:29 10 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Ağır-ağır addımlarla kafeyə daxil olub ətrafa göz gəzdirdi. Boş masaların birinin arxasına keçid edərək əyləşdi. Çay sifarişini verib cibindən məktub çıxartdı.

"Əziz Nicat, mən gedirəm. Sizdən tək xahişim-məni unutmağınızdır. Lütfən, xahişimi yerinə yetirin. Mən sizin kimi insanın qəlbinə layiq deyiləm. Əlvida. Züleyxa"

Züleyxa 25 yaşında, ağbəniz, açıq qəhvəyi saçlara sahib, xameleon gözləri ilə qəlbləri ovsunlayan,  ideal bədən quruluşu ilə fərqlənən bir küçə qadını idi. Onun "fahişə"liyini məhlədə hər kəs yaxşı bilirdi. Hər dəfə evdən çıxıb mağazaya və ya gəzintiyə gedərkən baxışlar, sözlər bir-birinin ardınca düzülürdü. Kişilər ehtirasla onu arzulayırdısalar da, qadınlar öz əlləri ilə öldürmək eşqi ilə yaşayırdılar. Özünəməxsus ad-sanı məhlədən kənara da işıq sürəti ilə yayılmışdı. Hər dəfəsində qapını qırmaq dərəcəsində döyüb onun burdan rədd olmasını tələb edəndə kinayəli təbəssümlə onlara baxaraq qapını sərtcə üzlərinə qapadırdı.

19 yaşlı kirayədə yaşayan Nicat kompyuter mühəndisliyində oxuyurdu. Üzbəüz qonşusu sayılırdı Züleyxa. O, bu qadını ilahiləşdirmişdi. Eşitdiyi, bildiyi və gördüyü hər şeyə rəğmən. Çünki bu qadın onun ideallarının qadını sayılırdı. Onun cazibəli gücünə qarşı qoya bilmirdi özünü. Hər gecə onun evdən çıxışını gözlükdən izləyirdı. Dekolteli donu ilə aşağıda onu gözləyən maşına minməsini görərkən yumruqlarını divara endirirdi. Dəfələrlə qarşısına çıxıb mavidən yaşılıya dəyişən gözlərinə baxaraq demək istədiyi bütün sözlər boğaz tıxacında ilişib  qalmışdı. Züleyxa əslində onu anlayırdı. Heç kimə nümayiş etdirmədiyi təbəssümlə Nicata gülümsəyirdi.

İndi isə məhlə bu "küçə qadını"nın gedişindən rahat nəfəs alırdısa, Nicat boğulurdu...

 


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+28=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.027 saniye