İndi mən səninçün hamıdan biri,
İndi sən mənimçün köhnədən köhnə,
Hərdən rastlaşdığım uzaq tanışsan.
Tələsik salamlıq, ani baxışlıq,
Ötəri hal-əhval tutacaq qədər yadlaşdıq...
İndi bu günümüz dünəndə qalıb
Dünən tarix olub: qədimdən qədim,
Amma nə gizlədim
Gedişin ürəkdən bir yük qoparıb
Birin də ciyərdə düşürüb saldı,
İndi hər nəfəsdə ağırlıq edir.
Nə zaman danışsam,
Nə zaman dinsəm
Bu yük boğazımda ilişib, didir.
Kaş bir əl olaydı – görünməz bir əl
“Hop” deyə yükünü çəkib alaydı!..
Ya da... Elə sən özün gəl...