İndi sevirəm onu, o, isə mənə qarşı biganə...
Narniya tərəfindən "Şeir" bolməsinə 22:02 22 may 2015 tarixində əlavə olunmuşdur

Rus dilindən tərcümənin müəllifi: Narniya

Hər şey məhz belə cərəyan edirdi, məhz belə,
Mən sevmirdim onu, o, isə aşiqdi mənə. 

Günlərlə gözlərdi məni, axtarmazdım onu,
Hiddətli dönüşümlə nəticələnirdi hər yoxluğumun sonu. 

Mən addım atmağa tələsmirdim, o, tələsdirmirdi,
Qərar qəbul etmirdim, o, haqqımızda fikirləşirdi. 

Mən yalan danışardım, susaraq baxardı sadəcə,
Gülüş qonardı çöhrəsinə başını yelləyəndə. 

Mən tez-tez qısqanırdım, o, qətiyyən, əsla yox,
Xəyanət eləyirdim, onun sədaqətinə söz yox. 

Mən bağışlamırdım onu, o, məni həmişə.
Lakin gecə ağlayardı pəncərələr önündə. 

Vaxt ötdü, zaman keçdi, fələk çarxı dəyişdi,
Boran oldu, qar yağdı tale küçələrinə.

Hər şey məhz belə cərəyan etdi, məhz belə,
İndi sevirəm onu, o, isə mənə qarşı biganə.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0353 saniye