...“indi yox”...
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 19:21 02 iyun 2012 tarixində əlavə olunmuşdur

Dərindən nəfəs alırsan. Ürək döyüntülərin getdikcə sürətlənir, heç vaxt olmayan kimi, sanki indi yerindən çıxacaq kimi döyünür... hər dəfə dərindən nəfəs alırsan ki, bəlkə bu kabusdan oyansan. Amma hər nəfəs yeni bir təkan olur və ürək daha sürətlə döyünür...

... və birdən o dayanır. İçinə bir sükut çökür. Diqqətlə dinləyirsən ki, bəlkə eşidəsən... amma səs gəlmir. Düşünürsən ki, “yəqin bu sondur. Həmin gün artıq gəlib və getmək vaxtıdır. Heç kimlə vidalaşmağa, halallaşmağa vaxtın olmadı. Yanında gözlərini bağlayacaq birinin olmadığı bir anda səni yaxaladı...” gözlərinin ağırlaşdığını hiss etdikcə, gözlərini daha böyük açırsan. Acgözcəsinə ətrafına baxırsan... Son cəsarətini toplayıb içində “indi yox” deyə qışqırırsan...

...ürək asta-asta vurmağa başlayır... Səsindən qulaqların batır. Elə bil qulağının dibində kimsə döyüş təbilini vurur. Qulaqlarını tutursan ki, bu səsi eşitməyəsən... Səs daha da güclənir... gözlərin bərəlir... beynin buz kimi olur... birdən hər tərəf qaralır...

...bədənində ağrılar hiss edirsən ... amma indiyə qədər yaşamadığın bir rahatlıq var içində. Baş verənlərin yuxu ya reallıq olduğunu düşünürsən... yadına düşən sadəcə qulaqlarında hələ də cingiltisi getməyən ürək döyüntülərindir...


... dəfə oxunub
Qiymət: 6/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0198 saniye