İndi
Zaur USTAC tərəfindən "Şeir" bolməsinə 14:40 06 may 2015 tarixində əlavə olunmuşdur

Səndən əvvəl nəyim vardı dünyada?
Dünya özü mənim üçün heç idi...
Söylə görüm qalıbmı heç yadında
Həmin günün nişanəsi üç idi... 

Dil açanda ata-ana demişdim,
Ağzım üstə tərs şilləni yemişdim,
Bağ-bağçada nəyim vardı dərmişdim,
Sən gələndə gethagetdi, köç idi... 

Dayan dedin tərəddüdsüz dayandım,
Oyan dedin hövlank qalxdım oyandım,
Nə gətirdin nə verdinsə həp aldım,
Bunlar mənə həyat verən bac idi... 

Zaman ötüb özümə mat qalmışam,
Tay sayəndə zəngin adam olmuşam,
Bu halımdan inan tamam bihuşam,
Çox düşündüm bir yol olar gec idi... 

Sən gələn gün vaxt sataşdı gözümə,
Zaman adlı yoldaş tapdım özümə,
Həmən gündən sərhəd yoxdu sözümə,
Səndən əvvəl kəlmələr də bic idi... 

Varidatım saya gəlməz qələmlə,
Gecə mənim, gündüz mənim səhərlə,
Günəş mənim, ulduz  mənim qəmərlə
Tək olanım üzü qara  sac idi... 

Uzatdıqca uzanacaq siyahı,
Yer götürməz, Göy götürməz bu ahı,
Ustac sorar nədə olub günahı,
Günahsızı dustaq etmək suç idi...

27.07.2014 / Bakı


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+2=
Hesaba giriş
Müəllif

Zaur USTAC
Haqqında
Zaur USTAC 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini Ağdam rayonu-nun Yusifcanlı kənd orta məktəbi-ndə almış, ardıcıl olaraq Bakı Dövlət Universiteti-ndə, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi-ndə, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu-nda vəŞamaxı Humanitar Kolleci-ndə təhsilini davam etdirmişdir. Birinci Qarabağ müharibəsi-nin iştirakçısı və halhazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. Zaur Ustac "Yazarlar" jurnalının təsisçisi və baş redaktorudur. Zaur Ustac "GÜNAYDIN“ ("AĞÇİÇƏYİM”), “İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN”, “GÜLZAR”, “ŞEHÇİÇƏYİM”, “MƏHDUD HƏYDTIN MƏCHUL DÜŞÜNCƏLƏRİ”, “MUM KİMİ YUMŞALANDA”, “BAYATILAR”, “BALÇİÇƏYİM”, “GÜLÜNÜN ŞEİRLƏRİ” “SEVİN Kİ, SEVİLƏSİZ...”, “QƏLBİMİN AÇIQCASI”, “USTADNAMƏ”, “NİŞANGAH”, "ÇƏHRAYI KİTAB" kimi şeirlər kitablarının, "USUBCAN ƏFSANƏSİ" adlı məqalələr toplusunun və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ ORİYENTİR ULDUZU” kitabının müəllifidir.
Əlaqə
Tel.:
050-411-05-75
E-mail:
zauryazar@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0282 saniye