İNFJ
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:30 26 may 2023 tarixində əlavə olunmuşdur

Duyğu xaosundayam,

fikir içində güclə

saxlamışam özümü.

Həsrətin qoxusunu

gözlərimlə görürəm

sənin şəklinə baxıb

ötürdükcə köksümü.

 

Bəzən düşünürəm ki,

bəlkə də mən xəstəyəm.

Hardadır məndə o bəxt?!

Mən nadir nüsxəyəm,

elmi tipim - İNFJ...

 

Sənsə əlində xətkeş

enini-uzununu

ölçürdün bu işin.

Gəl ki yenə olmadı,

çünki biri sıfıra

bölmək istəyirdin,

hesabların tutmadı...

Mən səni unutmadım...

 

Niyə ölçürsən axı,

nə üçündür bu təlaş?!

Mən əzəldən bilirdim,

bütün cəhdlər hədərdir...

Bunu bil ki, əzizim,

Sənə olan hisslərim

Nə az, nə də ki artıq:

Elə ömrüm qədərdir


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+23=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0303 saniye