İnformasiya virusu
ceyhun fikrət tərəfindən "Elmi məqalə" bolməsinə 19:53 24 noyabr 2020 tarixində əlavə olunmuşdur
Bəzən dünyada elə hadisələr olur ki, bu hadisələr dünya mətbuatında çox şişirdilir. Belə hallarda bəzən ölkələrlə bərabər, mətbuat sahəsi də güclü gəlir əldə edir.   Bu da aydındır ki, informasiya ilə həm ölkələri, həm də, bir çox insanları idarə etmək olar. Bu elə müharibədir ki, bu müharibəyə yeni əsrdə informasiya müharibəsi deyilir. Belə müharibədə silah işlətmədən, yalan xəbərlərlə beyinləri çökdürürlər. Bəzən yalan xəbərlər vasitəsi ilə ölkələrə qalib gəlib, informasiyalarla onların iqtisadiyyatını idarə edirlər. Çin və İran dünyada öz mövqeyini saxlayan dövlət olduğuna görə, belə dövlətləri silahla deyil, yalnız yalan informasiyalarla sıradan çıxartmaq olar. Ona görədə hal-hazırda dünyada ölüm təhlükəsi adı ilə, korona virusunu mətbuatlarda geniş çap edirlər. Çünki silahın qarşısında dayanıb müqavimət göstərmək olar, amma bəzən yalan informasiyalar o qədər güclü olur ki, bu xəbərlər insanlara silahdan güclü zərbə vurur.
İndi də viruslar barədə danışaq. Deyilənə görə korona virusu ilk dəfə Cənubi Çinin Guanqdonq əyalətində aşkar edildi. Amma tənəffüs problemlərinə səbəb olan MERS virusu kimi tanınan Orta Şərq Tənəffüs Sindromu isə ilk dəfə 2012-ci ildə Yaxın Şərqdə aşkar edilmişdir. Bu virus demək olar ki, S. Ərəbistanında peyda olmuşdur. Sonra yenə ayrı bir virus olan Sars virusu da 2002 və 2003 - ci ildə Honqkonq şəhərində meydana gəlmiş və bu xəstəlik 37 ölkəyə yayılmışdır. Dünyada çox xəstəliklər peyda olub ki, həmin xəstəlikləri burda sadalamaqla sizləri incitmək istəmirəm. Amma çox maraqlıdır ki, 20 il ərzində dünyada nə qədər viruslar insan ölümünə səbəb olduğu halda, bu viruslar korona virusu kimi gündəmdə məhşur olmadı və mətbuat vasitəsi ilə insanlara bu qədər məlumat verilmədi. Yəqin düşünürsüz ki, korona virusu çox can alıb, amma bu belə deyil, statiskalara görə diqər viruslarda korona virusundan heç də geri qalmayıblar, həm də Sars və Mers viruslarıda korona viruslar şəbəkəsinə daxildir. Amma bir az fikirləşsək görərik ki, dünyada Çin istehsalı olan mallar həm ucuz satılır, həm də Çin iqtisadi cəhətdən Amerika dövlətinə qarşı çıxan dövlətdir. Hal-hazırda bütün dünya mətbuatı Çində korona virusunun olduğunu mətbuatda dərc edir. Dünya mətbuatının gündəmdə saxladığı korona virusu ilə əlaqəli, heç bir ölkə Çinlə alış-veriş etmir. Düzdür ki, burda korona virusu da danılmazdır, yəni təhlükəli virus olaraq Çində yayılıb. Bunuda qeyd etmək lazımdır ki, əvvəllərdə bir çox ölkələrdə viruslar olmuşdur. Niyə o ölkələrin iqtisadiyyatına zərbə vurulmadığı halda, bu gün Çinin iqtisadiyyatına zərbə vurulur? Çünki bu informasiya müharibəsidir və bu müharibədə kimin qalib gələcəyi hələ ki, məlum deyil. Hal-hazırda Çində və İranda bu korona virusu olduğu halda, nə üçün Rusiya dövlətində korona virusu məhşur deyil? Çünki Amerikaya rəqib olan dövlət, iqtisadi cəhətdən Çindir.
Bəs necə oldu ki, İranda korona virusu meydana gəldi? Xatırlayırsızsa bir neçə ay bundan əvvəl, İraq ərazisində İran generalı olan Qasim Süləymanı Amerika tərəfindən şəhid edildi. Amerikanın bu işinin nəticəsində Orta Şərqdə demək olar ki, bir çox müsəlman ölkələrində Amerikaya qarşı etiraz aksiyaları keçirilməyə başlanıldı və hətta İran dövləti Amerikanın İraqdakı hərbi bazalarını raket atəşinə tutdu. Bütün dünyanın gözü İran və Amerikaya dikildi. Hətta hegemon dövlətlərlə bərabər, kiçik dövlətlərdə bu işin aqibətini düşünməyə başladılar. Amma bu hadisələrin gedişatında korona virusu meydana atıldı. Çünki gündəmlə bərabər Çinində iqtisadiyyatı dəyişməli idi. Axı İran Amerika və onun mütəfiqləri tərəfindən mühasirəyə alındığı halda, İran öz neftini hansi dövlətə satırdi ? Əlbətdə ki Çin dövlətinə. Xatırladım ki, Amerıkanın ölkələrə qoyduğu qadağa nəticəsində, çox ölkələr İranla ticarət əlaqələri qurmurlar və bunun nəticəsində İran neçə illərdir mühasirə şəraitində yaşayır. İran dövləti də məcburdur ki, yalnız Çinlə iqtisadi əməkdaşlıq etsin və bunun nəticəsində çox güman ki, korona virusi İranda peyda olsun. Çünki korona virusu vasitəsi ilə Çinin iqtisadiyyatı məhv olur və Çinin satış bazasını Amerika ələ keçırır, həm də İranla və Amerika arasında olan soyuq və isti müharibə və Amerikadan alınacaq intiqam gündəmdən kənarda qalır. Hal- hazırda dünya mətbuatı pul muqabilində informasıyalar yayır və bu mətbuat orqanlarının demək olar ki, çoxu Amerika və İsrail silahlarıdır. Bu silahların artıq hara tuşlandığı bütün müsəlman ölkələrinə bəllidir.





Təbriz şəhəri
25.02.2020

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+9=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
ceyhun fikrət 1984 ci ildə Bakı şəhərində anadan olub. Əsli Şamaxı şəhərindəndir. 2005-ci ildən dövrü-mətbuatda yazıçı və jurnalist fəaliyyətini davam etdirir. 2015 ci ildə İranın Təbriz şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinə daxil olub. Hal-hazırda bu universitetdə təhsil alır və Təbriz şəhərində yaşayır
Əlaqə
E-mail:
ceyhunfikret1@gmail.com
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0251 saniye