İnsafsız qadınım
Nicat Həşimzadə tərəfindən "Hekayə" bolməsinə 03:29 01 aprel 2014 tarixində əlavə olunmuşdur

  Ey   insafsız   qadın , yalvarıram , toxunma  şərab dolu  qədəhimə . Ölmüş  duyğularımın  ruhuna  içirəm . Yoruldum  , usandım  , bezdim  həyatdan . Valideynlərim , övladlarım , qadınım heç biri anlamadı  məni . Eşqim nakam qaldı , anamın arzuladığı  kimi məntiqi düşüncələr əsasında  ailə  qurdum . Sevgi olmayan yerdə  rədd olsun  hər  şey . Heç sən də sevmədim məni . Sadə  bir  ev qadını ol-dun . Ev  qadını olmaq  pis  deyil ,  lakin da-rıxdırıcı  insan   olmağın  mənə  əzab  verir  . Səninlə   danışmaq  ,  ruhumu    paylaşmaq  , sevmək  ( bəli , düz  eşitdin )  səni  sevmək istəyirəm . İstəyirəm  teatrlara  ,  muzeylərə , rəsm   qalereyalarına   gedək , flarmoniyada klassik  musiqi  dinləyək .  Sənsə  ev  qadını  olub  mənasız   türk  seriallarına  baxmaq , saatlarla telefonda  ananla  danışmaq , qonşularla dedi – qodu  etmək istəyirsən .       Qadınım , toxunma şərabıma , içmək , içmək  ölüncəyə  qədər  içmək istəyirəm .


... dəfə oxunub
Qiymət: 9/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
8+15=
Hesaba giriş
Müəllif

Nicat Həşimzadə
Haqqında
gənc yazar , 
Əlaqə
Tel.:
0518589780
E-mail:
nicat_shair@box.az
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0371 saniye