İnsan 1.9 (ilk 4 bölüm)
Susqun tərəfindən "Hekayə" bolməsinə 00:41 28 mart 2015 tarixində əlavə olunmuşdur

Bu əsəri hələki xərçəngdən ölməyən ancaq öləndə elə xərçəngdən öləcək xərçəng xəstələrinə həsr edirəm.

- Sevgilərimlə..

23:00 27.03.2015

Bölüm 1.. "Sualısız cavablar"..

İnsan kimdir? Necə bir yaşam forumudur? Heç düşündünüzmü? Niyə gəlmişik? Və ya biz gələndə niyə müqavilə filan imzalamadıq. Bəlkə mən dünyaya gəlmək istəmirdim? Məcburdu? Ya da gələndə kimləsə müqavilə bağlamadım ki, mütləq yaxşı biri olmalıyam? Kainatda başqa yaşam forumları var? "Uzaylılar" ya da "UFO"-lar həqiqətən var? Varsa onların tanrısı var? Onlarda da cənnət-cəhənnəm var? Yoxsa eyni tanrıya sitayiş etməliyik? Bəlkə ümumiyyətlə tanrı yoxdur? Tanrı varsa onu kim yaradıb? Niyə yaradıb? Tanrı insanları niyə yaradıb? Cənnət-cəhənnəm təkcə insanlar üçündür? Yoxsa itlər, pişiklər və UFOlar üçün də mövcuddur? Başqa planetdə yaşam var? Başqa planetdə insan var? Kainatı Tanrı yaratdı ya bir maddədən yarandı? Bəs o bir maddəni ya da Tanrını kim yaratdı? Bir gün dünyadan getmək üçün şəraitiniz olsa, gedib başqa planetdə başqa yaşam forumlarını görsək neyniyərik? İnsan "planetar müharibə" edib, torpaqlardan savayı planetləri də ələ keçirəcək? Acgözlülüyü bitməyəcək? İnsan aya uçdu, bəs hələ də tökülməyən (axıtmayan) qələm icad edə bilmədi? Bəlkə heç lazım deyil belə şeylər? Kapitalizm və pul necə yarandı? Pul olmadan yaşamaq mümkündür? Ya da cənnəti arzulamadan? Nə üçün yaşıyırıq? Bəşər tarixində "onluq say sistemi" necə icad oldu? Ya da insanlara internet necə gəldi? Virtual aləm necə yarandı? Ora keçid mümkündür mü? Keçsək nə edəcəyik? Sən kimsən? Mən kiməm? Bu kitab nə üçün yazılıb?

Bunlar hamısı cavabdır əslində. Təbii ki, biz hələ də bunu anlamırıq.

 

Bölüm 2.. Hər kəs yaşamaq istər..

Hərdən Elvinə heyranlıq duyuram. Bütün ailəsini itirib. Yaxınlarını. Qohumlarını. Sevdiklərini. Sevdiyi qızı. Dostlarını. Demək olar bütün yaxınlarını da müxtəlif növ xəstəliklərdən itirib. Psixiki, fiziki ya da başqa növ. Hansısa adda bir xəstəlik hansısa insanın əcəli olur. Siz bunu oxuyanda dünyanın müxtəlif yerlərində, müxtəlif xəstəliklərdən dolayı ən azı 50-60 nəfər öldü. Hər saniyə bu belə davam edir. Ümumiyyətlə bu gedişlə davam edəcək də. Bizim insan nəslini "2-ci versiyaya" çevirmək cəhdimiz də itkidən başladı. Elvinin anası, sevdiyi qız və bacısı xərçəngdən ölmüşdü. Biri leykoz (qan xərçəngi, anası), biri sarkoma (sümük xərçəngi, bacısı) digəri isə karsinoma xərçəngi (ağ ciyər xərçəngi, sevdiyi qız) idi. Çox acı bir hissdir. Ancaq Elvini tanısaz bunu hiss etməssiz. Bəlkə də unudub. Biz insan olaraq bir şeyi bilirik ki, itkiləri heç vaxt üzə vurmarıq. Yəni bacardıqca Elvinin yanında nə xəstəliklərdən, nə xəstəliklərdən ölənlərdən danışmarıq. Keçək hekayəyə.

Deyəsən qışın ortaları idi. Yanvarın axırları zad. Elvin İstanbul aeroportunda mənə zəng elədi ki, bəs 2-3 saata Bakıda limanda olacaq. Qarşılama üçün. Razılaşdıq. 1 saat keçməmiş hava limanında oldum. Gözlədim. 1 saat 41 dəqiqədən sonra Elvinlə görüşdük. Çantası bir az böyük çantalardan idi. Və biz tələsirdik. Diyircəkləri (təkərləri) olan çantalardan. Hansı ki, mütləq sürə-sürə daşıyırsan. Mən nisbətən yavaş sürdüyümdən Elvin mənə gecikdiyimizi və daha cəld olmağımızı xatırlatdı. Taksi gözləyirdi. Sürətlənməyə başladıq. O qədər tezləşməyə başladım ki, necə deyərlər, idarəni itiridim. Qarşıdan gələn bir qızla toqquşdum. Qızın çiyin sumkası vardı. Toqquşan zaman sumkası düşdü. Təbii ki, filmlərlə böyüyən Azərbaycan gənci, burada yerə düşən kitablar və ya nəsnələr axtarar ki, xırda bir romantika yaşasın və yeni tanışlıq qursun. Nə yalan deyim ağlıma gəldi. Qızın qırmızı saçları vardı. Çox xoşuma gəlirdi qırmızı saçlı qızlar. Ancaq beləsini görməmişdim. Fərqli gözəlliyi vardı. Bilmirəm niyə. Yox, kitab zad, heç nə düşmədi. Elə toqquşmadan 2-3 saniyə keçmədi ki, qız başladı ağlamağa. Daha doğrusu gözləri doldu. Nəsə deməyə başladı. Deyə bilmirdi. Elə bil dili qatlanmışdı. Ya da qatlanacaqdı. Mənsə hələ də yerdə uzanmışdım. Azca dikəldim. Hələ nə olacağını bilmirdim. Anlaya da bilmirdim. Elə də möhkəm dəymədim, niyə belə eləsin ki? Qız nəsə deməyə çalışırdı. Alınmırdı. Əvvəl pəltək olduğunu düşündüm. Ya da lal. Belə də deyildi. Qızın artıq üzündəki dərisi saçları ilə eyni rəngə dönüşməyə başlayırdı. Təxminən toqquşmadan sonrakı 30-cu saniyyə idi. Bu vaxt Elvin məni qoltuqumdan götürüb 5-10 sm yerimdən qızdan əks istiqamətə atdı. Sən demə qızın sumkası ayağımın altda qalıbmış. Mənim əlimdə isə Elvinin veşlərindən biri var idi. "Sınan şey" idi və sındı da. Qız nəfəs ala bilmirdi. Sumkasında olan nəsə aparat kimi bir şeyi Elvin tez çıxartdı. Qız aparat vasitəsilə yenidən nəfəs almağa başladı. Ayağa qalxdım. Əlbəttə ağlıma gələn o idi ki, burnunda ya da ağciyərində nəsə problem var. Bəlkə də çox siqaret çəkməkdən idi. Axı Azərbaycanda qırmızı saçlı qızlara biz geridəqalmış düşüncəylə "pis qız", "siqaret çəkən qız" kimi ifadələrlə yanaşırdıq. Düşündüm ki, bəlkə siqaret çəkib-çəkib sonra bu vəziyyətə gəlib. Elvinin köməyilə qız ayağa qalxdı. Elvinin veşindəki "sınan şey" isə mənim sağ qolumda orta böyüklükdə cızıq-yara əmələ gətirdi. Qız bunu görəndə yenə həyəcanlanmağa başladı. Ancaq "heç nə yoxdur, narahat olmayın" deyəndən sonra bir az sakitləşdi. Elvin isə ona bir sual verdi.
-Ağ ciyərindən dolayı belədir?
+Bəli. Təssüf ki.
-Neçə ildir bəs?
+2 ildi taxıram. Həkimlər isə 1 ildən sonra lazım olmayacağını deyiblər.
-Karsinoma ya.. ?
+Karsinoma.
-Nə yaxşı. Müayinə və müalicəni harda keçirtmisən?
Qız "nə yaxşı" ifadəsinə ağzını əydi.
+Azərbaycanda, Türkiyədə və də Almaniyada.
-Biri bəs etmədi ki?
+Bəlkə "bir ümid" misalı.
-Başa düşmədim, necə yəni? Bu ki yaxşı xəbərdir. 1 il sonra sən ondan qurtulursan. Nədən narahatsan ki, başqa ölkələrdə də yoxlatmısan?
+Bağışlayın.. Siz düzgün anlamadız.. (ağlamağa başladı) Həkimlər mənim 1 il ömrüm qaldığımı deyib. "Hər kəs yaşamaq istər". Mən də. Buna görə də dəfələrlə şansımı yoxladım. Alınmadı.
Bu dialoqdan sonra hər ikimiz donduq. Elə bil 5 dəqiqə əvvəl tələsən biz deyildik. Mənə taksi şoferi dayanmadan zəng vururdu. Mənsə 8-ci zəngdə hiss etdim bunu. Qız isə son sözünü deyib getdi. İkinci addımını atanda mən ona "adınız nə oldu?!" deyə bağırdım. Eşitmədi. Ya da özü cavab vermədi.

Bölüm 3.. "Cəmil"..

Gəldik evə çatdıq. Azad və Amal da buradaydı. Elvinin ad günü idi həm də. Əlavə qonaqlar da vardı. Elvinin həyatının müxtəlif mərhələlərindən tanıdığı Mələk, Orxan, Fərid, Həsən, Günay, Aytən, Tamilla və başqaları. 15-dən çox olmazdıq. Təbii ki, "sürpriz party" və Elvini tanıdığımız müddətdən bəri ilk dəfə ad gününü qeyd elətdirdik. Partidə Elvin də dedi, güldü, oynadı və s. Ancaq elə bil ikimizin də fikri həmin qızda qalmışdı.

Elvin, mən və Azad böyük araşdırmalar aparırdıq. ABŞ-da keçiriləcək "İnsanizm" adlı elmi müsabiqəyə qatılmağı düşünürdük. Belə ki, insanlara aid bir proyekt üzərində işləyirsən, araşdırırsan və əgər xoşlarına gəlsə 19 milyon dollar ilkin dəstək kimi sənin xəyallarını gerçəkləşdirməyə verilir və növbəti vaxtlarda NASA sənə birbaşa dəstək olurdu lahiyələrini gerçəkləşdirməyə. Elvinin xüsusi elmi dərəcəsi yox idi. Alimlik ya da akademiklik. Ancaq əksər özünə alim deyənlərdən güclü başı, intellekt səviyyəsi vardı. Düz 190 İQ!. Azərbaycanda belələrinə çox nadir hallarda rast gəlinir. Elə 19 illik həyatımda ikinci belə insan görməmişəm.

Biz "insan robotu" yaratmaq istəyirdik. Əsas məqsədimiz bu idi. "Cyborg". Özü də adını "Cəmil" qoyacaqdıq. Elə razılaşmışdıq. Partiyə gələn 15 nəfərin hamısının bu işdə əziyyəti vardı. Robotu fotoşopda 0-dan quran Günaydan, adını Cəmil qoyan Amala hər kəsin. Deyəcəksiz ki, o qədər robot var ki. NASA durub-durub buna sponsorluq etməz ki? Əlbəttə. Haqqlısan. Bizim lahiyyənin tam adı "1G9" adlanırdı. Belə ki, hansısa bir insanın DNA-sından xırda örnək götürüb (dırnaq, saç, dəri, qan və s) o DNA-dan istifadə edərək həmin insanın virtual prototipini kompüterdə yığırdıq. Bu sadə proqramlaşdırma kimi bir şeydir. GTA 5, Assassin Creed ya da FİFA oyunlarındakı kimi bir insan. Sonra günlərlə onu real insan görüntüsünə çevirmək üçün çalışırdıq. Bəzən aylar. Şablonları hazırladıqdan sonra daha az vaxt itirməyə başlayırdıq. Amal və Azad bura kimi olan işləri görürdü. Proqramlaşdırma filan. Sonra DNA-dan yaranan bir beyni yığırdıq. Əvvəl cismi (bədəni) sonra beyni yığırıq. İkinci birincidən daha çətindir. Ancaq əvvəl beyin, sonra bədən lazım olur. Bu beyin günümüzdəki normal beyindən fərqli olacaq. "Mələk beyni"-nə çeviririk. İzah edim. Hər bir insan yuxuda daha güclü bir beyinə sahib olur. 19 dəfə daha güclü beyin. Biz insanın yuxuda işlətdiyi beyinə "Mələk beyni" deyirik. Tutaq ki, yuxuda əsl həyatda edə bilmədiyiniz 19 yuxu görmüsüzsə onlardan ayılarkən sadəcə birini ən yaxşı halda ikisini xatırlayırsız. Çünki yaddaş da bilavasitə beyinlə əlaqəli bir şeydir. Yuxudaykən daha güclü yaddaşınız var. Ayılanda isə 19 dəfə zəif. Və gördüyünüz yuxulardan sadəcə 19-da 1-ini xatırlayırsız. Mələk beyni budur. Həmin insanın beynini mələyə çeviririk. Sonra həmin beyni sadə intellekt oyunları ilə başlayaraqdan təkmilləşdiririk. Bəzisinə 8 müxtəlif dil öyrədirik, bəzisinə proqramlaşdırma, bəzisinə də "12-ci boyut" haqqda. Beləcə beyni təkmilləşdiririk. Gəlir ən çətin mərhələ. Həmin yaradılmış beyini virtual təsvir etmək. Beyindəki qırışları elə incəlliklə yerləşdiririk ki. Hər qırış müəyyən informasiya daşıyır. Sadə beyinlər üzərində işləmək çətinkən, biz bunu 19 dəfə daha güclü beyin üzərində edirik. Düşünün artıq işimiz necə çətin olur. Ümumillikdə 6 nəfər işləyirik. Mən, Elvin, Azad, Amal, Günay, Rəna. Elvinə dəfələrlə təklif etmişəm ki, 7-ci adam da tapaq və "Septini" adını qoyaq qrupumuza. Septini elə latış dilindən tərcümədə "7" deməkdir. Daha havalı səslənir. Elvin isə "6=7" fərziyyəsi ilə bu 6 nəfərin qrupunu "Septini" adlandırır. Nə deyim ki? Virtual yığılan beyini reala çeviririk. "TransFormSize" adlı cihazın köməyi ilə. Yəni alma şəkli var komputerinizdə və siz onu real etmək istəyirsiz. Hər bir şəklin ölçüsü, həcmi olduğu kimi "həqiqilik ölçüsü" deyə bir şey də var. "GG" şkalası deyirik biz buna. Ən həqiqi şəkil arxafonu olmayan (png formatı), fotoaparatla çəkilmiş olmalıdır. (4k çəkilmiş və dairəvi şəkillərdir. "Panorama" versiyada olmalıdır cism). Əgər həqiqilik ölçüsü (Minumum 190 GG) minumumdan yuxarıdırsa onu reallaşdırmaq olar. Bunun üçün isə sadəcə enerji lazımdır. İstənilən maddəni enerjidən almaq mümkündür bu aparat vasitəsilə. Həqiqləşmiş beyin yenə 19 dəfə daha sürətli şəkildə (19 dəfə onsuz da sürətlidi, bir dəfə də x19 veririk) inkişafa başlayır. Sanki bütün bədənini itirmiş beyin regenerasiya sayəsində (özünübərpa) 1 aydan az müddətdə həmin bədəni (virtual yaratdığımız) yaradır özü üçün. Beləcə beyin insanı yaradır. Final olaraq, bu "cyborg"ların tək fərqi var. Bunlar insan kimi hissiyatlara malikdir. Özü də daha çox. Əsas simvolu Paskal üçbucağı olan bu aparat, simvolu ilə demək istəyir ki, yaradılmış insanların və ya cismlərə xüsusi 19 xüsusiyyət verilir. Və bu 19 funksiya insanda duyğular olaraq bilinir. Heç zaman ölmür. Sadəcə "backup" eliyirsən və qocalanda istədiyin yaşa geri döndərirsən bədənini. Tutaq, qocalmısan və 60 yaşın var. Bədənin artıq lazımsızlaşıb. Əgər 19 yaşındaykən bədənini depolamışdınsa indi asanlıqla həmin bədəni geri qaytarırsan. Beləcə insan orta ömürdən (72 il) ən azı 19 dəfə daha çox yaşıyır. Ölüm də olmur. Lazım olanda yenidən əvvəlki kimi yaranır. Son üstünlüyü isə Cəmilin onda olacaq ki, o elə hüceyrələrdən təşkil olunur ki, xəstələnməyəcək (Fiziki) və beyni də heç vaxt səhvə yol verməyəcək. (Psixi)


Bölüm 4.. İlk cəhd..

Parti, uzun-uzadı çalışmalar. Bizi həddindən artıq çox yorurdu. İnterdən araşdırma aparmışdım, o festivalda əvvəlki qaliblərin proyektlərinə. Bizim proyektdən zəif proyektlər idi. Əlbəttə kimin nəyi nə vaxt icad edəcəyini bilmirdik. Ancaq idaalı görsənirdik. Məni isə idaamız yox, başqa məsələ narahat edirdi.

"Cəmiyyət belə şeyə hazırdı mı? Ya da NASA və ya FBİ əl qoymayacaq bu proyektə?" Təbii ki narahat idim.

Elvinlə fikirlərimizi azca dağıtmaq üçün 28 may ərazisinə gəldik. Burada çoxlu xatirələrimiz var. Hər ikimiz burada yaşamışdıq. Köhnə evə qayıdırmış kimi. Hər ikimiz bu ərazidə təhsil almışıq. Hər ikimiz burada adrenalin dolu hadisələr yaşamışdıq. Elə bu məsələləri və "1G9" proyektini müzakirə edirdik. Gəldik dəniz sahilinə. Yeri gəlmişkən, Elvinin öz xəstəliyinin adı da "1G9" xəstəliyi idi. Dənizkənarı öz təmiz havası ilə xüsusi seçilirdi. Son günlər isə gecə-gündüz işləyirdik. Saat səhərin 10-u imiş. Lap gözəl. Ən təmiz havanın olduğu anlar. Bir anda gözümə uzaqdan gələn biri görsəndi. Elvinin sumkasında həmişə bir neçə smit və protağal suyu olardı. Səhəri smit və şirə ilə açdıq. Uzaqdan gələn bir qırmızısaç. Budur. Həmin qız. Smiti o an çaşıb çeynəmədən uddum. Həmin an öskürməyə başladım. Yanında da bir dostu vardı. Karsinoma xəstələri xüsusi nəfəs aparatıyla gəzməyə məcburdular. Ən təmiz havada belə. Yanındakı rəfiqəsi isə yəqin onu tək qoymamaq üçün gəlmişdi. Yavaş-yavaş biz olan yerə gəldilər. Elvin üçüncü smitini yemişdi və mən hələ də birinci smitin öskürəyində idim. Qərar verdim. Mən o qıza vurulmuşdum. Ancaq ikinci bir şeyi də düşündüm. Toqquşduğumuz anda və bu anda Elvinlə bir yerdə olmuşuq. Ola bilsin ki, Elvinin xoşu gələ bilərdi. Bəli biz ikimiz də qeyri-adi zövqə sahib insanlarıq. Həyatı 1 ildən az olan birini və hələ həmin adam digərləri kimi cihazdan asılı yaşamırdısa belə Elvin və mənim elə birini sevmə şansımız daha çox idi. Təbiətimiz belə idi yəqin. Misal üçün ən adi "PES 13" oynuyanda belə "Oman", "Suriya" kimi komandalarla oynayırıq. Ya da bayramları məzarlıqda keçiririk. 3-4 gün yatmadan qala bilirik. 4-5 ildi xəstələnmirik. Ya da nə bilim. Qeyri-adi bir şeylər idik. Ancaq "cyborg" deyildik.

Həmin qırmızı saçlı qız və rəfiqəsi yaxınlaşdı. Elvinə baxdım, dedim ki nahaq üç smiti də tıxdın mədənə, indi gedəciyik səhər yeməyinə və xanımlarla birlikdə. Elvin mənə "dəvəti qəbul eləsələr hesab mənlik" deyib meydan oxudu. Yəni ki bacara bilməyəcəyimi dedi.
Xanımlar yaxınlaşdı. Uzaqdan salamlaşdıq. Sanki köhnə tanış kimi. Və birbaşa söhbətə belə başladım.
-Narahat etmirəm ki?
+Xeyr. Buyurun.
-Keçən dəfəkinə görə üzr istədim, ancaq siz eşitmədiniz.
+Məncə adımı soruşdunuz.
Azca qızardım. Deməli eşidibmiş. Tez əks-hücuma keçdim.
-Bəs siz niyə cavab vermədiz? Görünür bunu istəməmisiz.
+Gülgün. Sağollaşa bilərik?
-Mən Kənan, dostum isə Elvindir.
+Elvini tanıyıram. Elmi işlərini yaxından izləyirəm. BDU-ya seminara belə gəlmişdi. O gün deyə bilmədim.
Özümü "3-cü insan" kimi hiss elədim. Elvini "dostum" kimi tanış eləyərkən, özüm onun "dostu" roluna düşdüm. Əslində belə şeyləri problem edən deyiləm. Söhbətə davam elədim.
-Yaxınlarda restoran tanıyıram. Elə də baha deyil. Əgər səhər yeməyini bizlə birlikdə eləsəz, onda Elvin mərci uduzacaq və bütün hesab onluq olacaq. Yəni ki, nə istəsəz ürəklə yeyəcəksiz.
+Əslində olar. Acam.
-Bəs rəfiqən? Tanış etməyəcəksən?
+Günel. Bacımdır. Rəfiqəm yox.
-Çox gözəl. Məmnun oldum. Hər ikimiz eyni ağızdan dedik Elvinlə.

Restorana getdik. Gözəl səhər oldu. Hərçənd səhəri-səhər eliyən ondan qabaq görünməyən gecəsidir. Biz isə gecəni də görmüşdük. Stolda oturarkən xeyli şey öyrəndik. Tanışlıq oldu desək daha yaxşı olar. Sonda Elvin Gülgünə bir şey təklif etdi. Seminarlarında anlatdığı "1G9" lahiyəsini 6 nəfər işlədirik. 7-ci ola bilərsən. Günel də 8-cimiz. "Septini" haqqda danışmışdı Elvin və Gülgün bilirdi ki, əslində 7 nəfər olmalıyıq. Mənsə əlavə olaraq "7=8" prinsipini söylədim. Yəni ki, 8 də olsaq "Septini" olacıyıq. Bu da Elvinə oxuduğum meydan oldu desək yaxşı olar.

3 gün sonra yenidən görüşdük. Hər şeyi izah etdik. Bütün komanda işləyərkən "Cəmildən" sonrakı ikinci təcrübəmiz Gülgünün üzərində olacaqdı. Belə ki, Gülgünün hazırki bədənindən qurtulub, onun beynini kompüterə yükləyəcəkdik. Daha doğrusu Gülgündən hazır DNA örnəyi alıb bunu edəcəkdik. Bu işimizi asanlaşdıracaqdı. Sonra isə 19 günün içində Gülgünü öldürüb-dirildəcəkdik. Yəni 1-ildən tez öləcəkdi. 1-2 günə. Sonra onu yenidən yaradacaqdıq. Cəmil isə Elvinin qardaşı idi. Onun prototipi əsasında yaratmışdıq. Gülgünü yenidən yaratmaq cəmi 19 günümüzü alacaqdı. Böyük bir iş. Böyük bir proyeksiya. Əgər biz bunu bacarsaq, bütün xəstəlikləri olan insanlar üzərində edə bilərdik. Heç kəs xəstəlikdən ölməyəcəkdi. Heç kəs. Axı "Hər kəs yaşamaq istər". Görəsən mümkün olacaqdı? Əlbəttə ilk təcrübədən uğurlu çıxmışdıq. Cəmil. Tam uğurlu olmasa da. Tamamlamamışdıq. Gülgün isə fərqli olacaqdı. Biz ya bir insanın qalan ömrünü də əlindən alacaqdıq, ya da bəşəriyyəti dəyişəcəkdik.

İnsanlıq 1-ci versiyasını tükədəckdi. "2-ci versiyaya keçid başlayır!"..

(davamı olacaq)


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+8=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0267 saniye