İnsan iztirabı
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 13:04 03 yanvar 2016 tarixində əlavə olunmuşdur

Kiməm mən?Çarəsizlikdən usandırılan bir insanmı?İşsizliyə məhkum edilmiş əlacsız bir atamı?Yoxsa harınlamışların əhatəsində,kafir imansızların çevrəsində sıxışdırılan əlacsız bir şəxsiyyətmi?Kiməm mən?Zamanından geridə qalmış bir adammı,ya zamanını qabaqlamış bir dahimi?Allahım,bu qədər iztirabların içərisində Sən mənə,mən biçarə quluna yol göstər.Çox çətindir,bu azğın,bu yolunu azmışlarla bir yerdə nəfəs almaq mənə.Qismətimə cansızı canlısından dəyərlə olan bir dünyada doğulmaq düşüb.Ədalətin budurmu dünya!?Zatən,bu dünyada nə zaman ədalət vardı ki?Hələ bir bunu sual edirəm Sənə...

Canım elə yanır ki,bunu ruhumdan qeyri kimsə hiss etməz.Ruhum əsir alınıb,bu peysər yığınağının əhatəsində.Bəlkə də,ölüm ruhumun qurtuluşu olar.Fəqət cana qəsdin günah olduğunu gözəl bilirəm.Elə bir kökə salınmışam ki,əcəllə doğmalaşıb,əzrayıla qollarımı açmışam.Boynu yoğunlara söz kar etmir,harınlamışlar mənim kimi məzlumları görməzdən gəlir.Onların gördükləri haram loxmadan qeyri bir şey deyil.Hara gedim,necə gedim,kimə pənah aparım,ey məni bu işıqlı dünyaya xəlq edən Xaliqim!?Xoşbəxtlik,firavan həyat nağıl qarışıq bir əfsanəyə dönüb gözlərimdə.Gözlərimi hansı səmtə çevirsəm ah-nalə,acı,iztirab,göz yaşları görürəm.Başqa toplumlar dünyanın gözəlliklərindən zövq alarkən,təəssüf ki,mən yolunu azmış harınların çırkin,könül bulandıran hərəkətlərini seyr etmək məcburiyyətindəyəm.İllərdir ki,bədbəxtlik bayrağını çiyinlərində daşıyan ələmdar olmuşam.Dərdimi söyləmək üçün döydüyüm qapılar bağlı qalıb.Harayıma Səndən qeyri kimsə hay vermir.Ey kainatı xəlq edən Xaliqim,ey mənə can və ruh bəxş edən Rəbbim izin ver,aç ədalət mülkünün qapılarını sığınım dərgahına! Yalnız Sən iztirablarıma son qoya bilərsən.Yalnız Sən acılarımı unutdura bilərsən...

Bir imansıza,bir yolunu azmışa,bir azğınlaşmışa nə anlatmaq olar!?Damarlarından iblis nəcisi axan dəccaldan törəmə biclərdən necə mədət ummaq olar ki!?Gözlərini irin dolu qan örtmüş həyasızlardan nə cür mürvət gözləmək olar axı!? Bu amansızlıqların, imansızlıqların tüğyan etdiyi yerdə tək nicat yolum haqq olan ətəyinə sığınmaqdır.Ey Xaliqim,ey Yaradanım,ey sonsuz qüdrət Sahibi gizlət məni,bu ləçər,həyasız,harın varlıqların nəzərlərindən!Aç nicat qapılarını,mən də sığınım kölgənə.Sən son ümidim,Sən yeganə təsəlli yerimsən!Ey Allahım,aç dərgahının qapılarını,mehman et,bu çarəsiz qulunu ədalət mülkünə...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+12=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0223 saniye