İNSAN MEŞƏLİYİ
Terane Anka tərəfindən "Hekayə" bolməsinə 18:07 16 sentyabr 2012 tarixində əlavə olunmuşdur

Sizə kimdən danışım, nədən danışım? Əşi bu dəfə qərar verdim ki, özümdən danışacam. Yox yox. Sizin düşündüyünüz kimi deyil. Nə ilk sevgimdən, nə qonşumuzun gəlnindən, nə də maddi problemlərdən söhbət açıb başınızı ağrıdacam. Mən sadəcə bir arzumdan danışmaq istəyirəm. Həmin arzumdan ki, uşaqlıqda arzulayıb gənclikdə bu arzumun həyata keçməsini gördüm. Həəə deyə bilərsiz ki, daha bunun nəyi maraqlıdır?  Bizi bu qədər yorursan. Səbrli olun. Hər şeyi danışacam… Demək  mənim uşaqlıq arzum böyüyəndə heç olmasa bir dəfə də olsun meşəyə getmək idi. Orda müxtəlif heyvanları öz gözümlə görmək istəyirdim. Nəhayət ki, arzum çin oldu.Amma başqa cür. Böyüdüm boya başa çatdım nəhayət gəldim bir X adlı şirkətə  işə düzəldim. Kənardan çox gözəl görünən çoxlarının işləmək arzusunda olduqları bir şirkət. Amma nə bilsinlər ki, bura insan meşəsidi. Mən gördüyüm meşənin ağacları bir- biri ilə mehribanlaşaraq torpağı günəş işığından məhrum edən cücülərlə dolu bir məkan deyil. Bura ağacı masalar, günəşi lampalar, torpağı metlax, heyvanları isə insanlar idi. Hə hə heç də təəcüblənmə burda nə var ki? Hə insan meşəsində idim. Düzü ilk gəldiyimdə bunu anlamamışdım. Bir gün yeni olduğundan etdiyim bir kiçik səhv müdirim tərəfimdən danlanmama səbəb oldu. Mənə: Sən hardasan? Bura meşədi belə rəftar edirsən? deyəndə tutuldum qaldım. İstədim deyim ki, ay ölənlərin cənnətlik bunu çoxdan de də. Mən də buranı hara bənzətdiyimi düşünüb qalmışdım. Əşi bilirəm boğazına bir sual tıxanıb qalıb .Gözləyirsən danışıb sözümü bitirim o sualı mənə tuşlayasan. Dayan! Tətiyi çəkmə! Özüm bilirəm verəcəyin sualı. Saxla o güllə sənə hələ çox lazım olacaq. Sual verməyə çox ehtiyac duyacaqsan. İstəyirsən biləsən niyə mən oranı niyə meşəliyə bənzədirəm? Qardaş tülkü, canavar, caqqal, şir, hətda ceyran, cüyürü, ilanı olan yeri necə adlandırım?  Ona görə buranı insan meşəliyi adlandırıram da.Hə növbəti sualını da təxmini bilirəm. Sən sualını vermədən də bunu cavablandıracam.
Bilirsən burda özünü şir sayanlar və ya hamının ona hörmətini görüb şirə dönən var. Yerişindəki əzəmət buna sübütdu. Qardaş zarafat deyil e o boyda şirkət sahibidi. Amma etiraf edim ki, şir əzəmətinin olmasına dəyər. Hə növbədə bu meşəlikdə gördüyüm canavarlar var ki şirsiz idarə edir.Hələ çox tülkülər onların ətrafında quyruq bulayaraq işləyirlər. Həə hələ çaqqalları demirəm. Dəhşət. İnsan dili ilə desək iş verən, söz aparıb gətirən, aralıq dayçaları…Kim bilir neçə evlər yıxıb, neçə neçə insanları cörəkpuluna həsrət qoyublar… Birdə itlər var insan meşəliyində. Sahiblərinə sadiq itlər. Bu itlər içində də yaxşilar da var, quduzlarda… Bəzən özünü qorumaq ücün tox olsa da qoyun sürüsünə hücum edib bir iki qoyunu yaralayanlar da az deyil…Hə qoyun deməli yerdə qalan qara işçilər də qoyunlardı sanki. Amma otaranları çoban yox canavardı,şirlərdi… Hə ilanlar da az deyil. Sürünməyən yeriyən ilanlar…Üzdə gülüb canim, cigərim deyib topuqdan sancan ilanlar…
Ən pisi odur ki, bu tək bizim şirkətə yox çox şirkətlərı aiddir . Ətrafımdakı dostlarım işlədikləri şirkətlərdən danışanda bunu özüm özümə subut etdim. Demək insan meşəliyinə çox yerdə rast gəlmək olar…
Bu da mənim sizə danışmaq istədiyim hekayənin sonu. Siz bu hekayəni oxuyub bitirirsiz mənsə hər gün bu ssənarini dönə dönə yaşayiram… Allah hamini tülkülərin hiyləsindən,canavarların caynağından, şirlərin nəriltisindən, qoyun sürüsündə ot üstündə qoyunların vurduğu kəllələrdən qorusun.AMIN.


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+18=
Hesaba giriş
Müəllif

Terane Anka
Əlaqə
E-mail:
anka_88@live.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0245 saniye