İnsan olaraq alqıladıqlarımız...
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 02:36 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Nə qədər dayanıqlıyıq? Özümüzdən soruşa bilirikmi bu sualı?

İnsan olaraq bizlər fərqliyik. Fərqli yaradılmışıq. Duyğu və düşüncələrimiz var. Acımasızıq çox zaman. Adətən də eqoist ... Həmişə istəyirik qarşımızdakı bizi anlasın, dinləsin, istədiklərimizi  etsin, həmişə haqlı çıxaq. Mənim sözüm keçsin. Mən, mən, mən olum. Həmişə bir gözləmə içərisindəyik. Həmişə müdafiəçi... Həmişə iddiaçı...

Niyə bir addım atmaq çətin gəlir ki bizə? Niyə yanaşmaqdan qaçırıq? Qürurumuz mu incinər? Kiçik mi görünərik? Yox, heç bir yerimizə bir şeylər olmaz. Yetər ki, etmək istəyək və etmək üçün səy göstərək. Etmirik amma... İstəmirik... İşimizə gəlmir, əslində...

Ətrafımda olan insanlar həmişə bir şeylərdən şikayətçidirlər. Zaman-zaman mən də elə oluram. Həll etmək əvəzinə şikayətlərimizi çoxaldırıq. Dayanıb düşünmürük, anlıq hərəkət edirik. Sinirlərimiz davamlı gərgindir. Həmişə bir təcavüzkarlıq halındayıq. Həmən dartışmağa başlayırıq. Hirsimizə məğlub oluruq çox zaman. Nə olur sonra...? kədər, acı, ağızdan çıxmış pis sözlər. Təlafisi olmayan sözcüklər.

Gülmək və əylənmək varkən niyə üzürük özümüzü?
Harada qaldı ünsiyyət? Harada qaldı tolerantlıq? Harada, harada haradadırlar? Mən həmişə soruşuram davamlı olaraq və cavabı tapa bilmirəm çox vaxt. Siz tapa bilərsiniz mi?

Cavablar yox, uçuşmuş. Tutub da geri gətirsək.

Danışmadan olmur. İnsanlar danışa-danışa anlaşır,boşuna deməmiş atalarımız. Mütləq anlatmalı insan içindən keçəni. Hisslərini, duyğularını. Anladılmadan özünü necə ifadə edəcəksən ki?! Susmamalıyıq... Olanlar susaraq dəyişmir ki... Qalır eləcə ortada. Artdıqca artır. Yığılmaya başlayır.

Sən deməsən, o haradan biləcək ki, içindən keçənləri, düşüncələrini, fikirlərini, səni? Danışmırıq ya da danışa bilmirik. Qaçmamalı... Qorxmamalı... Azad olmalı... Mən olmalı... Sən olmalı... Özün olmalı!

Danışmaq yormasın bizi.

Özümüzə etdiyimiz ən böyük pislik içimizə qapanmaq və küsməkdir.

Xoşbəxtlik də, bədbəxtlikdə iki dodağın arasındadır. Oradan çıxan hərflər bir çox vəziyyəti təyin edir, əslində. Ön söz olur bizə.

Anam hər zaman mənə "yeddi dəfə düşün, bir dəfə danış" deyə söyləyər. Anamın bu sözü həmişə qulağımdadır mənim. Danışarkən çox diqqət edirəm. Qarşımdakını qırmamağa, üzməməyə çalışaram. Hər kəs qiymətlidir, mənim nəzdimdə. Geri dönüşü olmayan sözlərdən çəkinməyə çalışaraq danışaram.

Hesab sormadan olmazmı?

Mən inancımızı itirməməyimiz gərəkdiyinə inanıram. İnsani duyğularımızı buraxmayaq. Yaxşılıq və xoşgörü həmişə içimizdə olsun. Yardımlaşaq və paylaşaq. Ən azından, bir-birimizi anlamaq üçün səy göstərək. Ən əhəmiyyətlisi, dinləyərək qarşımızdakına dəyər verək.

Pis olmaq çox asandır, önəmli olan, yaxşı olmaq və yaxşı qala bilməkdir...

Əsən qalın...

Aysel Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+22=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0613 saniye