İnsan psixologiyasına aid bir neçə maraqlı fakt
Vəfa Teymurova tərəfindən "Digər yazılar" bolməsinə 15:18 19 noyabr 2014 tarixində əlavə olunmuşdur

1. Biz adətən öz valideynlərimizə oxşayan adamlara vuruluruq. Uşaqlıqdan valideynlərimizlə aramızda olan problemləri vurulduğumuz adamla həll etmək, çatışmazlıqları onda tapmağa çalışırıq.

2. Hətta müsbət hadisələr belə — universiteti bitirmək, evlənmək və ya yeni işə başlamaq, depressiyaya gətirib çıxara bilir.

3. Psixologiyada belə prinsip var: bir hadisədən nə qədər çox şey gözləyirsənsə, o qədər də çox məyusluq yaşayırsan. Çox gözləyirsən – az əldə edirsən, az gözləyirsən, çox əldə edirsən. Bu dəmir prinsipdir, heç bir istisna yoxdur.

4. İnsanlar tanış olmayan yerə gedib çıxanda adətən sağ tərəfdən geriyə dönürlər. Bunu bilməyin faydası: siz qələbəlik arasına düşmək istəmirsiniz, yaxud növbədə çox qalmaq istəmirsinizsə, sol tərəfə meyllənin.

5. Qıza deyin ki, ona hədiyyə almısınız və nə olduğunu tapmağını istəyirsiniz. O, istəklərini deyəcək.

6. Əgər gecələr sizə qarabasmalar əzab verirsə, böyük ehtimalla yuxuda donursunuz. Elmi faktdır – yataq nə qədər soyuq olarsa, o qədər çox qorxulu yuxular görəcəksiniz.

7. Mütəxəssislərin müşahidələrinə görə mavi gözlü adamlar bir neçə dəqiqə ərzində aşiq ola bilərlər, qonur gözlü insanlar isə eyni zamanda iki nəfəri sevə bilərlər. Yaşıl gözlü adamların aşiq olması üçün uzun müddət lazımdır, hətta bir ilə yaxın. Yerdə qalanlar üçünsə bir saat bəs edir.

8. Kişi və qadın arasında şahidlik baxımından fərqlər var. Məsələn, bir cinayətkar küçədə kiminsə çantasını qapıb qaçır, bunu görən qadın qurbanın üzünü yadda saxlayır, bunu görən kişi isə oğrunun.

9. İnsanın yaddaşı ən yaxşı səhər 8-dən 12-ə kimi, bir də axşam 9-dan sonra işləyir. Ən pis isə günortadan sonra.

10. Əgər hər tərəfi tərs göstərən eynək taxsanız, bir müddət sonra tərs velosiped də sürə bilərsiniz.

11. Eyni vaxtda birdən çox işi görmək mümkün deyil. İnsanların çoxu bunu mümkün saysa da elmi araşdırmalar sübut edir ki, bir işdən daha çox işə diqqəti cəmləmək mümkün deyil. Fiziki işlər istisnadır. Məsələn, yeriyə-yeriyə telefonla danışmaq mümkündür. Bu halda ya yola, ya da telefondakına diqqət verməliyik.

12. Bir insan üçün ən xoş səs onun adının səslənməsidir. Kiminləsə tanış olduğunuz zaman çalışın onun adını yadda saxlayasınız. Vəzifəsini, ixtisasını deyil, adını yadda saxlayın. Bu yaxşı münasibətlərin qurulmasının əsas qaydasıdır.

13. Tez yatmaq üçün kürəyi üstə uzanın. Gözlərinizi bağlayın və göz bəbəklərinizi yuxarı qaldırın. Bu yuxu zamanı gözlərin normal halıdır. Bu vəziyyətdə yatarkən insan tez, asan və bərk yatır.

14. Psixoloqlar qadınların kişiləri qiymətləndirmək üçün onlara 45 saniyənin kifayət etdiyini deyirlər. 10 saniyə ərzində qadın kişinin fiqurası, 8 saniyə ərzində gözləri, 7 saniyə ərzində saçları, 10 saniyə dodaqları və çənəsi, 5 saniyə ərzində çiyinləri barəsində təəssüratını dəqiqləşdirir. Son 5 saniyədə isə qadın kişinin barmağında üzüyün olub-olmamağına baxır.

Kayzen.az


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+14=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0267 saniye