İnsan sadəcə inanar
Rahid Zahidoğlu tərəfindən "Ədəbi tənqid" bolməsinə 10:20 15 iyul 2016 tarixində əlavə olunmuşdur

Bəzən sadəcə insan inanar.Görmədiyi reallıqlara, olmayan düşüncələrə..İnsan bəzən düşüncəli olar, qayğıkeş olar, başqalarının qeydinə qalar,maraqlarına yenilməz,xeyrin güdməz-əsl müsəlmanın etməli olması lazım olan şeyləri edər,islamın buyurduqların edər-insanlara hörmət etmək,onları dinləmək və dərdlərini bölüşmək. sadəcə inanar qarşısındakına insan .Ancaq bu sadəcə insanın özünə ziyan vurar,özünü incidər,sıxar, özünü dar ağacından sallanırmış kimi hiss edər. İnsan başa düşməz çünki başqaları olmayacaq şeyləri xoşlayar-yalandan üzə gülməyi, süni təbəssümləri,arxadan iş çevirmələri, saxta sözləri qardaş deyib başa daş olanları. İnsan belədir olanı deyil də olmayanı isdəyər.Əlinin çatdıqlarını yox çatmadıqlarını istər. Başa düşmədim heç bir zaman başqalarını.Bilmirəm bəlkə də fərqli olduğumdandır, bəlkə də insanlıqdan daha üstün adam olduğumdandır. Bəlkə də düşüncəli olmağımdandır . Kim bilir bəlkə də saflığımdandır, Hər şeyin əslində mənim düşüncələrimdən kənarda olmağındandır. Kim bilir bəlkə də məndədir problem-oyunu qaydalarına görə oynamamağımdandır. Anladım əsl problem sadəcə inanmağımdadır, şübhə etmədən, düşünmədən güvənməyimdədir, hər kəsi özüm kimi bilməyimdədir...


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+32=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0389 saniye