İNSAN VAR DÜNYADAN YAŞ ALDI GETDİ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 11:53 28 aprel 2017 tarixində əlavə olunmuşdur

İNSAN VAR DÜNYADAN YAŞ ALIB GEDİR

İnanmaq,güvənmək birazda çətin, 
Namərd elə gəzir, guya ki mətin. 
Filankəs danışır yalan adətin , 
Həyatda saxtalıq baş alıb gedir. 

Həccə getməyi də eyləyib adət, 
Namazı yox bunun eyləsən diqqət. 
Riyakar,fırıldaq edir ziyarət, 
Şeytandı, şeytana daş atıb gedir. 

Mənlik bazarı yox,alasan mənlik, 
Görkəm dəbə minib,yoxdu hünərlik. 
İnsan var insandı,sözündə mərdlik, 
İnsan var dünyadan yaş alıb gedir.

Seymuru qınayır çoxları hələ,
Çoxu vara , pula olubdur kölə,
Yaşa savablarla  sən  gülə-gülə,
Gedən günahına  qoşulub gedir.


MÜƏLLİF:SEYMUR SÖNMƏZ (PAŞAYEV)
27.04.2017


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+26=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0292 saniye