Gedən olubdurmu əlində boxca,
O,biri dünyaya görən varmı ki.?
Həyat həm unverset həmdəki baxça
Dərindən öyrənib baxan varmı ki.?
Əlliylə altmışla yazılmaz qiymət,
Orda tərəziylə olar həqiqət,
Görən özlüyünə edərək diqqət,
Düşünüb əməlin çəkən varmı ki.?
Qəm yükü bir sınaq bəxdə düşəndə
Hər yaşa dolursan gün ötüşəndə
Cənab Əzrayıkla bax görüşəndə
Xoş gəldin söyləyib dinən varmı ki.?
Yolları çən-duman alacaq bir gün
Başının üstünü saracaq bir gün
Səs gəlib qeyibdən soracaq bir gün
Əbədi dünyada qalan varmı ki..?
Dillər şüarında şövq edir yanır,
Kimisi aşkara kimisi danır
Ümüdlər talanır,qəlblər sarsılır
Eşqi məhəbbətlə anan varmı ki..?
Həyat keşməkeşli həftələr belə
Nələr eyləyirlər bir qızıl gülə
Məqsəddən ötəri bal yaxıb dilə
İnsanı insantək duyan varmı ki..?
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
07.07.2017