İnsanlar Allah sevgisini nəfsani sevgiyə dəyişirlər
Numana tərəfindən "Digər yazılar" bolməsinə 17:45 14 fevral 2013 tarixində əlavə olunmuşdur

Quran əxlaqını yaşamayan insanların Allah qorxusu olmadığı üçün pis əxlaq göstərməyi məqbul sayırlar. Buna görə də ətrafa verdikləri zərəri düşünmədən yalnız öz istək və ehtirasları üçün hər şeyi edə bilirlər. Bir-birlərinə qarşı hörmətsiz, həyasız və qəddar olurlar. Bir-birlərini Allahın təcəllisi, Allahın ruhunu daşıyan dəyərli insanlar olaraq görmədikləri üçün hirslənməyi, alçaltmağı, kədərləndirməyi məqbul hesab edirlər. Bu insanlar təkcə öz mənfəətlərini düşündükləri üçün sevgidən və mərhəmətdən uzaq, fədakarlığın olmadığı eqoist həyat yaşayırlar. Təkcə özlərini sevdikləri üçün Allah sevgisindən qaynaqlanan səmimi sevginin ruha verdiyi duyğuları yaşamırlar. Amma sevgisiz yaşamaqdan da xoşbəxt deyildirlər, lakin bu vəziyyətlərini dəyişdirmək üçün də cəhd göstərmirlər. Halbuki edəcəkləri tək iş nəfslərini deyil, Allaha imanı seçməlidirlər. Allah özünə iman edənlərə xoşbəxtlik və hüzur verəcəyini bildirmişdir.

İnsanların bilmək istəmədikləri sirr elə budur: Allah canını və malını Ona verən insanlara əsl sevgini və hörməti yaşadar və onları xoşbəxt edər. Allah Quranda bu vəziyyəti belə bildirmişdir:

Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən (mühacirlər) və sığınacaq verib köməklik göstərən (ənsarlar) – məhz onlar bir-birinin dostlarıdır... ( Ənfal Surəsi, 72 )


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+31=
Hesaba giriş
Müəllif

Numana
Haqqında

Əlaqə
E-mail:
numanax@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0393 saniye