İnsanlar ilk təəssüratı necə əldə edirlər? - İLK "7 SANİYƏ" QANUNU
Aysel Məhərrəmova tərəfindən "Digər yazılar" bolməsinə 19:26 31 oktyabr 2014 tarixində əlavə olunmuşdur

İlk gördüyünüz insan sürəti doğru olur.

Məsələn, bir insanla ilk dəfə görüşürsüz, onun çirkin və ya gözəl olduğunu “7 saniyə”yə müəyyən edirsiz. Daha sonra onun çirkin və ya gözəlliyinə gözünüz öyrəşir və bu sizin üçün adi görsənir.

İnsanlar ilk təəssüratı necə əldə edirlər? Araşdırmalar göstərir ki, bir adamla yeni tanış olursunuzsa, təəssüratın 93 %-i görünüş, bədən dili kimi səssiz informasiya əsasında formalaşır. İstifadə etdiyiniz sözlərin mənası, təəssüratın yalnız 7 %-ini əmələ gətirir. İlk görüş telefon vasitəsilə reallaşırsa, yaranan təəssüratın 70%-i səsinizin tonundan, 30%-i isə sözlərin mənasından asılıdır, yəni, nə söylədiyiniz deyil, necə söylədiyiniz əsas rol oynayır.

İlk 7 saniyədə qarşınızdakının cizgilərindəki defektləri belə görəcəksiniz. Ayaqqabınız qapıdan çıxarkən geydiyiniz ən son şey ola bilər, amma insanların ilk diqqət yetirdikləri şeylərdən biridir.

Yerişinizi sürətləndirin! Araşdırmalar göstərir ki, digərlərindən 10-20% daha yeyin gedən insanlar, başqaları tərəfindən əhəmiyyətli və enerjili qəbul olunurlar. Belələri isə, potensial işə götürənlərin axtardığı bir tiplərdir. Təsir gücünüzü artırmaq istəyirsinizsə, tempinizi artırın və sanki harasa tələsirmişsiniz kimi sürətli gedin.

Müsahibinizin adını mütləq çəkin. Unutmayın ki, dünyada insana öz adından qulağa daha şirin gələn başqa bir səs yoxdur. İlk 7 saniyədə və ilk 12 sözünüzün içində həmmüsahibinizin adından istifadə etməniz, ona dəyər verməyiniz və fokuslanmağınız mesajını verəcəkdir. İnsanlara öz adıyla müraciət etmək qədər heç bir şey onların diqqətini çəkməz.

AZENS.AZ


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+4=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0338 saniye