İnsanları aldatma sənəti
bob tərəfindən "Hekayə" bolməsinə 05:46 27 iyul 2016 tarixində əlavə olunmuşdur

1875-ci il London.Hekayəmiz o vaxtlar saxtakarlığıyla məşhur olmuş 30 yaşlı Edüard Pösi haqqındadır.Kimdir Pösi?Sığallayanda yaş olan ət parçasımı yoxsa öz atasını 30 ildi öz oğlu olduğuna inandıracaq qədər bacarıqlı bir saxtakarmı?Başdan başlıyaq.1845-ci ildə Londonun kasıb səmtində dünyaya gözlərini açmışdır.Onun qurbanlarının 1875-də belə gözlərini aça bilməməsinə baxmayaraq.Uşaq vaxtlarından pis işlərlə məşğul olan Pösinin böyüdükdə belə bacarıqlı biri olmasında çox da təəccüblü bir şey yoxdu.2 yaşında yalandan ağlayaraq anasından süd əmirdi.10 yaşında isə yalandan ağlayaraq onu döydüyünü iddia etdiyi yoldan keçən kəslərdən pul əmirdi.15 yaşında küçələrdə nömrələr göstərirdi.”Gəlin , gəlin” deyə nəfəs alan yanıxlar bu nömrələri əldə etmək üçün çox pul töksələrdə sonra onlara çatdı ki telefon hələ icad olunmayıb.20 yaşında kart nömrələri göstərirdi.Bir dəfə qumarda 15 əl üst üstə qazananda yerdəkilər onun hiylə işlətdiyindən şübhələndi.Onun üstünü axtardıqlarında 1 dəstə kard , şahmat taxtası , domino daşları , məsciddən oğurlanmış iki cüt ayaqqabı və Playboy jurnalından (1865 sayı) cırılmış kolluq şəkilli səhifə var idi.Qumar işi də batdığına görə artıq yeni qazanc tapmalı olduğunu bilən Pösi özünün peyğəmbər olduğunu iddia edərək “İncil 2 – İsanın intiqamı” adlı kitab çap etdirdi.Kitabdan çox gəlir əldə etsə də bu iş yuxarıların xoşuna gəlmədi.İsa peyğəmbər cənnətdən Londonlu polislərə onun saxtakar olduğunu , özünün heç vaxt sequel yazmadığını və atasını sumqayıtdakı xəstəxanaya aparmaq üçün 40 qəpik lazım olduğunu dedi.Və 21 yaşında həbsə düşən Edüard artıq İngiltərənin hər yerində böyük saxtakar deyə tanınırdı.1875-ci ildə azadlığa buraxılanda heç cür iş edə bilməyəcəyini bildiyindən ağlına maraqlı ideya gəldi.Artıq öz sənət sirrlərini sataraq pul qazana bilərdi.Və o “İnsanları aldatma sənəti” adlı kitab yazmağa başladığını camaata bildirdi.İncili çap etdirdiyi adamla görüşüb işi danışdılar və indidən bütün sifarişləri aldılar.Nəhayət kitabın çapı bitmiş və 15000 nəfər onun kitabını eyni gündə almışdılar.İlk 10 səhifəsində kitab Edüardın həyatından və həbsə düşməsindən bəhs edirdi.Digər səhifəyə çevirdiklərində hamı şok olmuşdu.Kitabın qalanı bomboşuydu.Alıcılar kitabları evlərinə yollayan redaksiyaya getsələr də öyrəndilər ki Edüard kitabını çap etdirdiyi adamla əlbir olaraq şəhərdən qaçıb.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+9=
Hesaba giriş
Müəllif

bob
Haqqında
https://www.tumblr.com/blog/absurdhekayeler
Əlaqə
E-mail:
feministrapist@divismail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0327 saniye