İnstaqramda iyrəncləşən gənclik...
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 22:22 03 yanvar 2016 tarixində əlavə olunmuşdur

Aysel Abdullazadə yazır:

“Azərbaycan 1990-cı ildəki keşməkeşlərdə gəncliyini də itirmiş oldu”

Mənə görə, facebook bütün sosial şəbəkələri “döyər”. Çünki tamdır, çox əhatəlidir. İstənilən mövzunu sərhədsiz şəkildə ictimailəşdirmək üçün çox rahat bir alandır. Başında gerçək və işlək bir beyin daşıyan insan üçün buradan çox şey qazanmaq və elməyönəlik istəklər doğrultusunda müvəffəqiyyətə nail olmaq mümkündür.

Bir neçə gün öncə instaqram sosial şəbəkəsində qeydiyyatdan keçdim. Şəkil çəkdirməyi sevən biri kimi sadəcə hobbi və əyləncə məqsədli istifadəsini düşündüm. Dostlarla bəzi məqamları paylaşmaq, sevincləri bölüşmək üçün əlverişli ola biləcəyi qənaətindəyəm. İki-üç şəkil paylaşdım və dostlarımı izlədikcə onların izlədikləri istifadəçilərə, səhifələrə nəzər yetirdim.

Bu gəzişmələr zamanı qarşıma bir dublyaj səhifəsi çıxdı. Videolar və yüzlərlə bəyənilər, həmçinin şərhlər vardı. Bu qədər adamın zövqüncə olan, onları güldürən bu videolar marağıma səbəb oldu. Videoları izlədikcə yuxarıda qeyd etdiyim zövq məsələsini dırnaq içinə almış oldum. 10-a yaxın dublyaj proqramı ilə çəkilmiş video izlədim və gerçəkdən iyrəndim. İçimdə ürək bulandıran bir hiss keçirdim. Və bir şeydən əmin oldum. Azərbaycan 1990-cı ildə keçirdiyi böhranda öz gəncliyini də itirib. Və hələ də işğaldakı torpaqları kimi, o gəncliyi də bərpa edə, özünə qaytara bilmir.

İnstaqramda dublyaj proqramında iyrənclik edən azərbaycanlı gənclik özü haqqında nə düşünür, görəsən?

Dublyaj proqramının anasını ağladan gədələrdən, qızlardan rəsmən iyrəndim. Bu nədir? Bunlar nə fikirləşir, nə edirlər?

Səviyyəsiz görüntü sərgiləyənlərin çoxu 90-ların (1993dən başlayan) uşaqlarıdır. Azərbaycanı bu gənclikmi xilas edəcək?
Lüt bədənləri, alınmış qaşları ilə bayağı mahnıları yamsılayan, pişik səsi çıxaran, yataqda, hamamda, tualetdə video çəkən gədələrdənmi gələcəyi gözləyirik?
Yoxsa dodaqlarını büzüb, sinələrini video qarşısına verib qəhqəhələr ucaldan qızcığazlardanmı? Topluma vətəndaş yetişdirəcək olan, gələcəyin ana adını daşıyan bu qızlar hansı nəslin təməli olacaq deyə düşünsək, başımızda tüklərimiz biz-biz olar.
Vətəni əsgər adı ilə düşmən tuzağından, savaşından bunlarmı qoruyacaq?
Hanı Azərbaycanın ər oğulları, igidləri? Mübarizin, Fəridin, Orxanın ruhu bu əcaib gəncliyin “inkişafı” qarşısında əzilmirmi? Onlar bu gənclik, bu millət üçün canını torpağa tapşırıb, şəhid olub axı, qarşılığını beləmi verməliydik?

Məni, millətimi, Vətənimi lüt bədənini, alınmış qaşını səgiləyən, pişik səsi çıxararaq özünü 9 milyona (ən azı sadəcə Azəraycana) biabır edən gədələr, sinəsini qabardıb döşünü reklam edən qızlar qoruya bilməz!

Utanıram, o səviyyəsizliyi sərgiləyən gəncliyi baxımlı edən, 600-700 like ilə izləyən gəncliyimdən utanıram!

P.S: Komplekssiz olmaq başqa şeydir, tənqidi şəkildə nəyisə göstərmək olar, bu bayağılıq olmaz. Məsələn, Aka The One’nın videoları bu formatdadır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+9=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0274 saniye