Sən də iştirak et, hədiyyələrə sahib ol!
Yazar.in ədəbi saytı və Alatoran Yayınlarının birgə layihəsi olan “İntellektual Liqa” start götürür. Yazar.in Facebook səhifəsində keçiriləcək müsabiqənin sonunda qalib Alatoran Yayınları tərəfindən təqdim edilən 3 kitabla mükafatlandırılacaq:
Yann Martel – “Pi`nin həyatı”
Aqata Kristi – “Şərq ekspresində ölüm”
Tur Heyerdal – “Ra ekspedisiyası”
Müsabiqənin son turu 15 iyun tarixində oynanılacaq və bundan sonra ən çox xal toplayan iştirakçı hədiyyələrə sahib çıxacaq.
Müsabiqənin şərtləri:
Müsabiqə zamanı Yazar.in Facebook səhifəsində müxtəlif suallar veriləcək. Bu suallara verilən düzgün cavablar müqbilində iştirakçıların balansına xallar əlavə ediləcək. Müsabiqə iştirakçıları müxtəlif günlərdə (müsabiqə müddətində) Facebook səhifəsindəki sualları cavablandırmaq üçün yarışmalıdırlar. Suallar müxtəlif mövzularda olacaq, həm intellektual inkişafa, həm də əyləncəli vaxt keçirməyə xidmət edəcək. Müsabiqənin proqramı 1 gün əvvəl elan olunacaq. Məsələn, biz müsabiqənin ilk günü üçün (28 may 2014) proqramı təqdim edirik:
Saat 15:00 – GÜNÜN SUALI təqdim ediləcək. Ən tez və düzgün cavab verən şəxs 5 xal qazanmış olacaq.
Saat 21:00 – 10 suallıq möhtəşəm TUR OYUNU.
Ümumilikdə, müsabiqə müddətində 5 TUR OYUNUnun baş tutması planlaşdırılıb. Bunlardan əlavə, iştirakçılar gündəlik müsabiqələrdə də xal qazanmaq imkanı əldə edəcəklər.
Hər kəsi müsabiqədə iştirak etməyə və maraqlı mübarizədə n zövq almağa çağırırıq. Uğurlar!