“İntellektual Liqa”nın qalibi mükafatlandırıldı
Yazar.in tərəfindən "Digər yazılar" bolməsinə 21:30 21 iyun 2014 tarixində əlavə olunmuşdur

Yazar.in saytı və “Alatoran Yayınları”nın birgə layihəsi olan “İntellektual Liqa”nın qalibi Cavid Məmmədova hədiyyə kitab dəsti təqdim edilib. Qələbə təəssüratlarını bölüşən qalibimiz belə bir yarışın təşkilinə görə Yazar.in saytına və “Alatoran Yayınları”na təşəkkürünü bildirib: “Həqiqətən, maraqlı və gərgin mübarizə oldu. Düzdür, narazı qaldığım məqamlar da var idi ki, bu da əsas suallarla bağlıdır. Sualların bəziləri “Google sualı” idi. Kim sürətli olurdusa, tapırdı. Mən özüm 2 dəfə cavabı Google`dan tapdığımı etiraf edirəm. Gördüm, digər iştirakçılardan çox geri qalıram, ona görə, məcbur olub bu yola əl atdım. Amma məntiqi və maraqlı suallar da kifayət qədər idi. Maraqlı mübarizəyə görə bütün iştirakçılara təşəkkürümü bildirirəm”.

Mükafatların içərisində Aqata Kristinin “Şərq ekspresində ölüm” kitabının onun iştirakçıya çevrilməsində əsas səbəb olduğunu deyən Cavid elə ilk olaraq bu kitabı oxuyacağını bildirdi: “Mükafatlar təqdim ediləndə bu kitabın adını gördüm və iştirak etməyə qərar verdim. Bu yaxınlarda Aqata Kristinin bir kitabını oxumuşdum və çox bəyənmişdim. İndi də “Şərq ekspresində ölüm” əsərini oxumağa səbrsizlənirəm”.

Xatırladaq ki, Cavid Məmmədov 25 xalla ən yaxın izləyicisi Ramin Abdullayevi 4 xal qabaqlayaraq birinciliyə sahib çıxmışdı.

 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+22=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0245 saniye