İntervü
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 13:09 07 oktyabr 2016 tarixində əlavə olunmuşdur

3 gün əvvəl mənim ad günüm idi. Telefonuma qəfil zəng gəldi. Zəng edən tanış olmayan qadın idi.
-Salam.
-Salam.
-Bağışlayın, sizi Fallus.az saytından narahat edirəm.
Təəccübləndim. Sakitcə soruşdum:
-Fallus.az? Bizim bildiyimiz fallus?
-Bəli, bizim bildiyimiz fallus.
Mənim dodağım qaçdı. Ciddi qəbul etmədim. Fallus “penis” deməkdir. Yoxsa bu qadın mənimlə məzələnir?
- Əvvəlcə deyim ki, ad gününüz münasibəti ilə sizi təbrik edirəm.
-Təşəkkür.
-Əgər vaxtınız varsa, Sizdən intervü almaq istərdim?
-Bəli, vaxtım var. Mən hal-hazırda evdəyəm. Bir yer təyin edin orada görüşək.
Qadın görüşün yerini və vaxtını təyin etdi və biz görüşdük. Çiyələkli dondurma sifarişi verdim və qadın diktafonu işə saldı.
-Sizə əvvəlcədən dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm.
-Buna görə mən dəmi təşəkkür etməliyəm nəzakət xatirinə?
-Xeyr. İstəmirsiz təşəkkür etməyin.
-Məni təşəkkür etmək məcburiyyətində qoymadınız üçün təşəkkür edirəm –gülürük.
-Keçək suallara?
-Keçək..
-Birinci sualım budur ki, niyə ŞvartsMan? Mənası nədir?
Dərindən nəfəs alıb dedim ki:
-ŞvartsMan alman soyadıdır, təxəllüs kimi götürmüşəm. Alman dilinə marağımdan yaranıb bu adı götürmək. Mənası “Qara adam” deməkdir. Bu adı götürməkdə nəsə xüsusi, qeyri-adi bir şey yoxdur.
-Amma ad olaraq uğurlu seçimdir. Xarici yazar təsiri bağışlayır.
-Hə , elədir. Təxəllüslə yazmaq həmişə xoşuma gəlib. Necə ki, Nizami və Nəsimi adları şairlərin təxəllüsüdür.
-Siyasi yaxud dini görüşünüz nədir? Adətən mən bunu bütün opponentlərimdən soruşuram.
-Düşünmürəm ki, mütləq siyasi və dini görüşüm olmalıdır. İndi hər şey elə bil qəlibləşib. Guya insan mütləq konkret bir şeyə inanmalıdır və onun ardınca getməlidir. İnsan nədənsə özünü ideoloji və dini cəhətdən etiketləməyi sevir. “Mən özüməm, insanam “ de –vəssalam. Qısacası deyim ki, insanlar hansısa ideyanın yaxud dini inancın arxasınca özlərini tapmaq üçün yox, özlərini itirmək üçün qaçırlar.
-Siyasətdən, siyasi məsələlərdən yazmırsız heç..
- Bu haqda yazanlar kifayət qədərdir.Həm də ki, bizdə siyasət problematik mövzudur. Düşünmürəm ki, siyasətlə nəyisə yaxşılığa tərəf dəyişmək olur. Məncə insan faktorudur əsas. Birdə bizdə politologiya elmi də problemldiir. Politologiya nə deməkdir? Bizə bunu öyrədiblər -Siyasət haqqında elm.Qısacası siyasət elmi. Əslində isə politologiya politika sözünün logia-laşmış versiyasıdır. Diqqət: yunanca "poli" -çox (lu), "tika" -üz mənasına gəlir. Politika -Çoxüzlülük deməkdir. Politologiya isə, çoxüzlülük haqqında elmdir. Politoloq isə, çoxüzlü adam deməkdir.
-Onda Siz milliyyətçi də deyilsiz?
-Mən özümü kosmopolit adlandırardım. Einstein deyirdi ki, millətçilik uşaq xəstəliyidir. Bizə uşaqlıqdan bu sözləri eşitdiriblər: "Uğrunda ölən varsa, vətən vətəndir". Yaxud " Vətən o zaman vətəndir ki, torpağı şəhidlərin qanı ilə suvarılsın". Doğurdan başları qaçıb ee bunların. Torpağı sulamağa su lazımdır, qan yox, a bala. Gərək yaşadığın, ayaq basdığın torpağa kimlərinsə qanı tökülsün? Bu siyasətçilərə sərf edir. Müharibəni onlar başlayırlar, gənclər, yazıq insanlar ölür. Amma yenə vətən üçün, müqəddəs bir şey üçün ölüb deyirlər. Belə patriotsan gedib özün ölsəydin də.. Məncə yazıçı üçün millət yox, insan önəmli olmalıdır.
-Bu küçələrdə gördüyünüz dilənçilər, səfillər, bomjlar haqqında nə düşünürsüz?
-Ya onları öldürmək lazımdır, ya da xilas etmək. Çünki hər dəfə onları görəndə gözümün estetik zövqü pozulur və hər dəfəsində vicdan əzabı çəkirəm ki, onlara kömək edə bilmirəm və sanki bunda təkcə mən günahkarammışam kimi...

-Bir azdan yaradıcılığınızla bağlı da suallar verəcəm. -Deyirlər, Çexov fahişəxanaya, Dikkens də morqa getməyi sevərmişlər. Bəs siz hara getməyi sevirsiz?
-Dəlixanaya və qəbirstanlığa.
-Səbəb?
-Çünki ikisində də itiriləsi bir şey yoxdur.
-İtirməkdən qorxursunuz?
-Əslində nəyəsə sahib olmaqdan qorxuram. Çünki itirmək qorxusu yaradır.
Buna cavab verib dondurmamı yavaş-yavaş yedim və danışmağa başladım:
- Ən sevdiyim yerlərdən biri Dəlixanadır (psixiatrik klinika da deyə bilərsiz). Bir dəfə orda mühafizəçi işləyən Hamlet dayı ilə söhbətimiz tutdu. Maraqlı hadisələr danışdı mənə.
-Bilirsən, bura elə yerdi ki, hər gün bir hadisə baş verir. Hər şey var burda. Xəstələrdən biri özünü heyvan hiss edir, başlayır gecənin yarısı ulamağa, hürməyə, mələməyə. Bir özünü aktyor hesab edib, tamaşa göstərirmiş kimi intihar etməyə çalışır: "Buraxın məni, qoy mən rolumu oynayım". Biri prezidentin qızına aşiqdir, guya pəncərədən onu görüb səsləyib, "getmə, getmə, Leyla," deyib pəncərə yaxınlaşıb ki, onun əlindən tutsun, pəncərədən yıxılıb. Bir xəstə də özünü Mehdi hesab edir. Deyir ki, dünyanı mən xilas edəcəm. Yəni hər cür insan görürsən.
Bilirsiz, Bəzən deyirlər ki, dəlilər bütün problemləri həll ediblər, onları kommunal xidmətlər, iş, seks şop maraqlandırmaz. Amma yenə onların da öz dünyaları var. Və bu dünyanın öz cəhənnəmi var, onlar əcaib məxluqların dünyasında yapayalnızdılar.
-Sizcə bu hakimiyyət nə vaxt dəyişiləcək?
Bir qədər fikirə getdim:
-Məhəmməd “peyğəmbər”in dərin mənalı sözü var, heç vaxt ilahiyyatçılardan eşitməzsən bu cümləni: “Siz özünüz necəsinizsə, o cür də idarə olunursuz. Başçınız isə öz içinizdən çıxır”.. Əgər xalq öz adət-ənənə, din, əxlaq, mentalitetindən imtina etməsə, necə varsa elə qalacaq, heç nə dəyişməyəcək. Xalq dəyişməlidir ki, hakimiyyət də dəyişsin. Biz adi dəyişikliklərdən qorxan xalqıq. Bizə reformlar yox, inkarlar lazımdır. Mövcud hər şeyi inkar etmək, dağıtmaq və yenisini yaratmaq. İslahatlar siyasətçilər üçün lazımdır, çünki heç nəyi həll etmirlər, ancaq vədlər verirlər. İnkar siyasətçilərin işi deyil. Bizim təhsil sistemimizin ən böyük pisliyi dövlət üçün mütəxəssis, yüksək keyfiyyətli kadrlar, intellektual robotlar hazırlamaqdır. Cəmiyyət düşüncəsiz, insansız da qalsa olar. Budur vəziyyət! Səhiyyə cəmiyyətin döyünən ürəyidirsə, təhsil cəmiyyətin düşünən beynidir. Nəticəni özünüz çıxardın.
-Hekayələrinizdə tanrıya çox ilişirsiniz?
-Bu hamısı onu çox sevməyimdən və onun haqqında düşünməyimdəndir. Tanrı maraqlı personajdır, -yenə gülürəm.
-Axı hekayələrinizdə hiss olunur ki, varlığından narahat olursuz.
-Əslində narahat deyiləm, əsla. Çünki o olmasaydı, maraqlı nə yaza bilrədim ki...
-Tanrıya yumorla yanaşırsız hekayələrinzdə oxuduğum qədəri ilə.
-Hə, elədir. Tanrı özü çox ciddi personajdır. Çox ciddiliyi sevmirəm. Həm də ciddiliyə yumor qatanda daha maraqlı olur. Tanrı onsuz da bizim üçün müqəddəs anlayışdır. Belə düşünürük. Tanrınin müqəddəsliyi sifətini heç kimə göstərməməyindədir. Gücü isə görünməzliyindədir. Görünməyən və bilinməyən bir şey təhlükəlidir və insan onu tez müqəddəsləşdirir.
-Yazılarınız, hekayələriniz oxuyuram, çıxış yolu göstərmirsiz elə bil. Oxucunu çaşdırırsız, daha çox heçliyə, boşluğa atırsız.
-Bəli, elədir –boşluğa atıram. Əslində məqsədim də budur. Boşluğa atmaq və səni özünlə tək qoymaq. Doluluğun içində deyilsən artıq. Tam boşluq və heçlik. Yazıçı kimi mənim məqsədim səni o boşluğa atmaqdır. Bundan sonrası sənin özünə qalıb. Xilasını özün tapmalısan. Necə çıxacam bu boşluqdan? Düzdü, əvvəl-əvvəl rahat olacaq, sakitlik. Sonra darıxacaqsan, sıxılacaqsan. Daha sonra çıxış axtaracaqsan. Mən sənə kömək etməyəcəm. Mənim missiyam səni boşluğa atmaq idi – işim qurtardı. Sən bu boşluqdan iki cür yolla çıxa biləcəksən –ya özünə tanrı yaradaraq, ya da ki, tanrı olaraq.
-Kitablarınızı, hekayə və esselərinizi oxuyanlar yazılarını erotik hesab etmir ki?
-Məncə insan nəyi görmək istəyirsə, onu görür. Sizinlə müsahibədə səhv etmirəmsə, bir dəfə seks sözü işlətmişəm. 10 dəfə də, 20 dəfə də ola bilərdi. Əgər bu yüzlərlə sözün arasında oxucunun gözü ancaq seksi görürsə, bu artıq mənim problemim deyil. Əgər insan həyatının üçdə birini seksə və bu kimi pornoqrafik şeylərə ayırırsa, bu o demək deyil ki, həmin adam seksual manyakdır. İnsanların heyvani tərəflərindən başqa insani tərəfləri də var. Bir dost o birindən soruşur ki:-Fahişələri niyə sevirəm bilirsən? –Niyə? –Çünki aravadım kimi adamı bezdirmirlər.- Bəs fahişələrdən niyə zəhləm gedir bilirsən? –Niyə? –Çünki onlar arvadım kimi məni sevə bilməzlər. –qadın da, mən də gülürük.
-Yeri gəlmişkən, Sizə məşhur sualı verim. Cavabsız məşhur sualı... Qadınlar nə istəyir?
Gülürəm:
-Qadınlar çox vaxt özləri də bilmirlər nə istəyirlər. Mən hardan bilim?!
-Yazılarınızda anlaşılır ki, bütün dini inanclar insan əməlidir, ilahi qüvvə ilə bağlılığı yoxdur, möcüzə yoxdur. Bəs nəyə inanırsız?
-Bu uzun söhbətdir. Lakin Mən bu sadaladıqlarınızla 99 fazi razıyam, düzü. Dini möcüzələrə inanmıram.
-Onda 1 faizi kimin üçün saxladız?
-Möcüzə üçün.
-Bəs deyirsiz ki, möcüzələrə inanmıram.
-İnanıram. Amma 1 faizlik –gülümsəyirəm. –Bu da dini möcüzə deyil.
-Bir dəfə Oxu.az-da Sorğuya baxırdım. “Azərbaycanda boşanmaların sayı niyə artıb?” Sizin cavabınız nə olardı?
-Hə, o sorğuya baxmışam. Hamı bir cür cavab verdi, amma mənim unikal cavabım budur ki, evlənmələrin sayı artıb da ondandır. Evlənənlərin sayı azalsa, boşanmaların da sayı azalacaq. Heç kim evlənməsə, heç kim də boşanmayacaq.
Təxminən belə olardı cavabım. Əksəriyyət düşünür ki, boşanmaq pisdir. Niyə düşünmürük ki, evlənmək nə vaxtdan yaxşı bir şey oldu ki? Evlənənlər də evlənməliyik deyə evlənirlər. Heç bilmirlər niyə evlənirlər..Hətta mentalitet keşikçilərində belə bir düşüncə var ki, evlənməmişdən əvvəl sevdiyin qızın keçmişini araşdırasan ki, necə qızdır. Adam bu cür axmaqlara demək istəyir ki,əgər biriylə gələcək qurmaq istəyirsənsə, keçmiş nəyə lazımdır?!
Bir azərbaycanlı o biri azərbaycanlıdan soruşur ki, qoyun olmadığımı necə bilə bilərəm?-Azərbaycanlı kimi düşünmürsənsə, qoyun deyilsən.
-Haqlısız –jurnalist qadın gülərək etiraf edir.
-Bu qədər haqsızlıqlar, vicdansız admalar görürük. Qarşılaşarıq, ya onlar bizə rast gəlir. Sizcə insan özünün vicdanlı olub-olmadığını necə bilə bilər?
-Başqalarını aldatmaqla.
-Necə yəni?
-Əgər başqasını aldadaraq özündən utanıb vicdan əzabı çəkirsə, vicdanlıdır.
-Deməli, vicdanlı olub-olmadığımızı bilmək üçün mütləq kimisə aldatmalıyıq, incitməliyik?
-Mütləq deyil. Amma yazıçı üçün mütləqdir. Yazıçı başqasını satmalı, aldatmalı, incitməlidir. Sonra bundan dərs çıxarıb qırdığı qəlblərin qırıntılarından öz güzgüsünü düzəldib ona gündə iki dəfə baxmalıdır ki, unutmasın. Yazıçı insan psixikasının aktyorudur.
-Deyirsiz ki, gənclər üçün yazırsız. Gənclərə məhəbbət məsələlərində tövsiyəniz nə olacaq?
-Düzü, tövsiyə verməyi sevmirəm, amma nəsə deməliyəm. Bir -birlərinə əyləncə vasitəsi kimi baxsınlar, həyatdan zövq alsınlar. Çox ciddi olmasınlar. Məhəbbət ciddi bir şey deyil. Sadəcə insanlar ciddi qəbul etdilər. Elə mənim bu cavabımı da ciddi qəbul etməyin... (gülürəm).
-Sizcə bu qeyri-ciddilik laqeydliyə gətirib çıxarmır?
-Deməzdim. Bir şeyə qeyri-ciddi yanaşmaq laqeyd yanaşmaq demək deyil. Bunlar başqa-başqa şeylərdi.
-Onda siz yazıçılığa da ciddi yanaşmırsız da?
-Əlbəttə. Ciddi bir iş istəsəydim, dövlət işində işləyərdim. Düzdür, yazıçılıq mənim işimdir, amma buna ciddi yanaşmıram. Bir şeyə ciddi yanaşmayanda əyləncəli olur. Ciddilikdə darıxdırıcılıq var.
-Həyata da ciddi yanaşmırsız deməli...
-Həyat yetərincə ciddi və problemlidir. Həyata laqeyd yanaşsan, insanlığını itirərsən, ciddi yanaşsan ağılını. Bəzən insan illər ötdükcə öz kədərinə, göz yaşlarına, ciddiliyinə gülə bilir.
-Sonda sualım. Yazıçı necə və nə yazmalıdır?
-Bu geniş sualdır. Çətindir cavab vermək. Amma deyim ki, bir yazıçı dünyanın ən gözəl cümləsini tapıb və hekayəsini daxil edib. Bu gözəl cümlə bombadır və hekayənin sonundadır. Əgər yazıçı hekayəni oxucuya axıra qədər oxutmağı bacarmasa, o bomba partlamayacaq. Yazıçı ən əsası maraqlı yazmalıdır. Amma “nə yazmalıdır” sözü xoşuma gəlmir, çünki məcburiyyətçilik əlaməti daşıyır sanki. Yazıçı maraqlı və yaxşı yazmağa məcburdur, amma nə yazmağı haqqında məcbur deyil. Əslində isə, yazıçı nəyə ehtiyacı varsa, o haqda yazır.
Bilirsiz, yazıçı bir növ əxlaqsız adamdır. O baxımdan əxlaqsızdır ki, yazmaq ədəbi masturbasiya kimi bir şeydir və sən öz fikir spermalarını oxucunun beyninə tökürsən. Oxucu da bundan ləzzət alır. Qeyri-etik səslənsə də belədir.
-Təşəkkür edirəm, Şvarts, intervüyə görə. Çox maraqlı söhbət oldu mənimçün.
-Siz sağ olun. Dondurma da bitdi, müsahibə də., -Qadın gülümsədi, əlini uzatdı və sağollaşdıq.
Havalar çox isti idi. Nə isə, evə tər içində gəldim. Tez duş qəbul etdim və yatağa çılpaq uzanıb bir az mürgülədim. Birdən yadıma düşdü ki, bir yoxlayım görüm, bu fallus.az adında sayt var? Noutbuku açdım, axtarışa verdim, heç nə çıxmadı. Fallus.az adında sayt yoxdur. Fallus yazanda Freud çıxırdı. Bəs bu qadın hardan çıxmışdı?
Yadıma düşdü ki, qadın mənə zəng etmişdi. Tez həmin nömrəni yığıb soruşmaq istəyirdim ki, belə bir sayt yoxdur. Amma telefondan belə bir cavab gəldi:
-Bu nömrə mövcud deyil.

23 iyun 2015


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+0=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0466 saniye