İntiqam gözləyir Xocalı bizdən
Nüsrət Həsən tərəfindən "Şeir" bolməsinə 18:06 08 may 2014 tarixində əlavə olunmuşdur

Qarabağ ağlayır, deyir göz açın.
Şuşa fəryad edir, gözləyir Laçın.
Nə zaman ədalət çalacaq zəfər.
Zəngilan, Fizuli, Ağdam, Kəlbəcər,
Nə qədər qalacaq aralı bizdən?
İntiqam gözləyir Xocalı bizdən.
***
Düşmənin öldürmək məqsədi Türkdü,
Gördüyün o uşaq cəsədi Türkdü.
Kəsilib atılmış əli bizdəndi,
Doğranan yüzlərlə ölü bizdəndi.
Dərisi soyulmuş yaralı bizdən
İntiqam gözləyir Xocalı bizdən.
***
Ömür səhifəmdən illər pozmuşam,
Böyüyüb haqqında şeir yazmışam.
Mənimlə bir yaşda olan faciə.
Bu qədər dözmüsük görəsən niyə?
Şəhidlər soruşur sualı bizdən.
İntiqam gözləyir Xocalı bizdən.
İntiqam gözləyir Xocalı bizdən.
***
müəllif: Nüsrət Həsən.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+27=
Hesaba giriş
Müəllif

Nüsrət Həsən
Haqqında
Sabirabadlı
Əlaqə
E-mail:
nusret.hesen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0279 saniye