Yıxılanlar dursa da,
Duranlar yıxılsa da.
Yara təzə olsa da,
Duz var idi əvvəldən.
Dərviş oldular təklər.
Yollar daşlar, kəsəklər.
Olmasa da köməklər
"Döz" var idi əvvəldən.
Özgədə çöp gəzərlər.
"Ayıbdır, nə deyərlər?"
Şişə batdı ciyərlər.
Köz var idi əvvəldən.
Kimi qınından öldü.
Kimi tacından öldü,
Kimi acından öldü.
Toz var idi əvvəldən.
Eşidib varmasaq da,
Səmimi anmasaq da,
Bizlər gec anlasaq da,
Söz var idi əvvəldən.
Söz var idi əzəldən.
Hacıyev Cavidan