İrsi
Nila Vəhdəti tərəfindən "Şeir" bolməsinə 23:11 26 fevral 2014 tarixində əlavə olunmuşdur

Yorğunluğu atamdan 
şürkürsüzlüyü anamdan götürdüm
irsi ağrılarım ,yaralarım var indi
bəyənən olmadı günlər ötürdüm

Aylar illər fəsillər ötürdüm
21 ci baharda var olduğumu anladım
27 ci son baharda varım olduğunu 
40 cı qışımdayam təkəm və yaşlanmışam
anamdan atamdan bir otaqlı ev qalıb

Tavanı yorğunluq , divarları naşükürlük qoxan

Anamın , Atamın ruhu gəzir bəzən otağın tən ortasında

 

Niyə irsiyyətimizi keçirmədin heç kəsə deyə fısıldayırlar otaq boyu


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+15=
Hesaba giriş
Müəllif

Nila Vəhdəti
Haqqında
Şairə (Həvəskar əlbəttəki)
Əlaqə
E-mail:
nezrin.museibova@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0208 saniye