İsa, Məryəm və tənha qadın
Nicat Həşimzadə tərəfindən "Esse" bolməsinə 15:30 09 noyabr 2014 tarixində əlavə olunmuşdur

Tənha qadın Məryəm ana ikonasına baxaraq düşünürdü : Ey müqəddəs hesab edilən qadın, dünya sənin və övladının göz yaşlarında boğulur. İsaya inanmaq bədbəxtlik və tənha ölüm bəxş edir. İnsanlara din adlı uydurma gərək deyil. Cəhalət əslində xoşbəxt edir, lakin axmaq xoşbəxtlik sevgisiz seks qədər mənasızdır. Dünyadan bixəbər olmaq hüzur dolu həyat yaşamaqdır. Müdrik insanlar daha çox əzab çəkir.

Eh Məryəm ana, dünyaya övlad gətirən qadın bakirə sayıla bilərmi? Müqəddəs İsa, yəhudilər sənə peyğəmbərlik vəd edəndə heç düşündünmü bir yəhudi əsla qarşılıqsız xeyirxahlıq etməz. Müqəddəs kitabda yazılana görə Yusif Məryəmlə yatmadı, lakin İsa dünyaya gəldi. Bu dərəcədə hədsiz yalan olarmı? Tanrı İbrahimdən oğlu İsakı qurban etməsini istədi, belə qəddar varlıq bizə lazımdırmı? Hətta əgər İsanın Tanrı oğlu olduğuna inansaq, öz övladına qıyan Tanrıya ehtiyacımız varmı? İnsanları sənin zühurunla qorxudurlar, din sevgisi bəşəriyyəti məhv edir, dünyanı təşviş içində saxlamaq, həyəcanlandırmaq kimlərin mənafeyinə xidmət edir. Başa düşürəm ki, siz dünyanı idarə edən nəslin, Misir fironlarının nümayəndələrisiz.( bütün peyğəmbərlər bu nəsildən olub )  Elə bu zaman, xaç şəklində bıçaq ikonanın sinəsini yararaq tənha qadının qəlbinə saplandı. Qadın son nəfəsində bir daha anladı ki, despotizm dinin təməl daşıdır və bəzi məsələlər əbədi sirr qalacaq. Və bəşəriyyət heç zaman “ Sang Real”ı ( kutsal kase ) – ni tapmayacaq. İkonanın dodaqları aralandı, danışmağa başladı : - İsanı ölümsüz edən, işıqlı ailənin əbədi sirrini gizli saxlayan müqəddəs simvolu tapmaq istəyən hər kəsin cəzası ölümdür. Ata, oğul və Müqəddəs ruh naminə Tanrı səni bağışlasın.

Nicat Həşimzadə


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+24=
Hesaba giriş
Müəllif

Nicat Həşimzadə
Haqqında
gənc yazar , 
Əlaqə
Tel.:
0518589780
E-mail:
nicat_shair@box.az
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0262 saniye