İsa Muğanna ilə Müsahibə
Uraqan tərəfindən "Müsahibə" bolməsinə 09:36 22 may 2014 tarixində əlavə olunmuşdur

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunundirektor müavini f.ü.f.d.,dos. Şəmil Sadiq

İsa Muğanna... Göylərin adamı... Bir çoxlarının "Azərbaycanın Dostoyevskisi", "Azərbaycanın Folkneri", "Çingiz Aytmatovu" adlandırdığı Azər-baycanın İsa Muğannası... Şəxsiyyəti ilə yaradıcılığı vəhdətdə olan, böyük olduğu üçün heç bir zaman sadə görünməkdən qorxmayan, İsa Hüseynovu – yaratdığı əsərləri ilə milyonların sevimlisini və onun yanında olan şöhərti bir kənara qoyaraq bəyənməməsi və yenidən yeni yazıçı imici, yaradıcılıq yolu, üslub yaradaraq addımlamağı bacaran iradəli, cəsarətli düha... İsa Muğanna müasir dövrümüzün az klassiklərindən biri idi ki, onun haqqında heç bir etiraz, narazılıq yox idi. Həm həmyaşıdları, həm də gənclər onu sevir, zərif bir hörmətlə yanaşırdılar (Bu dahilərə daş atmaqla məşhurlaşmaq arzusunda olan cahillərə aid deyil). Bu, şəxsiyyətlə yaradıcılığın mükəmməl vəhdətindən doğmuşdur. Çünki böyük fikir, istedadlı qələm sahibi olduğu qədər, həssas ürəyə, eqoizmdən uzaq xarakterə malik idi.

O, daima yüksəldi, yüksəldikcə də oxucusunu da daima yüksəkliyə, aliliyə dəvət etdi...

İki illik ustad-şagird münasibətlərimiz, dostluğumuz onun yaradıcılığına olan hörmətimi şəxsiyyətə olan məhəbbət zirvəsinə qədər yüksəltdi. Dostum Əli İbrahimbəylinin sayəsində yaranan tanışlıq xəyallarımın yazıçısının 7 əsərini nəşr etdirmək, redaktoru olmaq şansını verdi mənə. 85 illik yubileyini keçirdik. Demək olar ki, ayda bir dəfə evində, onun zəngin süfrəsində qonaq olmaq, gecənin bir yarısı da olsa, onun mənə, mənim ona zəng edib nəyisə dəqiqləşdirməyimiz bir şərəf, bir qürur hissi idi.

Təvazökarlıqdan uzaq görünsə də, deməliyəm ki, İsa Muğannanın sağlığında qədrini dəyərini bilənlərdən olmağa çox çalışdım. Ömrünün son anlarında onun mənəvi oğlu kimi yanında oldum. Bacardığım qədər qayğımı göstərməyə çalışdım. İsa Muğanna kimi - heç kimdən, heç kəsdən, heç nə gözləmədən. Bu, o uca ruhlu insana olan bir oxucu, yazıçı, vətəndaş borcum idi. Bunların qarşılığında isə ustaddan bir cümlə öyrənmək, onun əlini sıxmaq imkanı qazanmaq mənə şərəf idi. Nə qədər yaşayacağımı bilmirəm, amma bir ömür onunla olan söhbətlərimiz və xatirələrimizdən danışmaq həmişə mənim üçün önəmli və gərəkli olacaq.

Yeni kitab evinin açılışında səhər-səhər zəng edib xeyir-dua verməsi və: "Bu gün mənə iki sözün təhrifsiz variantını dedilər, Nizami də (AMEA-nın müxbir üzvü Nizami Cəfərovu nəzərdə turdu), sən də yazıb masanızın üstünə qoyun: fikir və təfəkkür – Od və Həqiqət" deməsi sadəcə fəxarət hissi yaradır.

Bir neçə ay öncə qərara gəlmişdim ki, Muğanna haqqında "Müstəqillik dövrü Azərbaycan romanı İsa Muğanna işığında" və ya "İdeal"dan sonrakı həyat və yaradıcılıq" adlı monoqrafiya hazırlayım. Onun elmi tərcümeyi-halını hazırlamaq və əsərləri haqqında özünün açıqlamalarını da eşitmək üçün ra-zılaşmışdıq ki, mən gəlib onunla söhbət edim və səsi yazım.

Zəngləşdik. Martın 27–sində bayramlaşmaq və söhbətləşmək üçün getdim. Bu görüşümüzdə "Cəhənnəm" romanı haqqında danışdıq. Hərdən kənara çıxmalar da olurdu. Mən jurnalist kimi yox, tədqiqatçı kimi getdiyim üçün məhz əsəri müzakirə etdik. Amma söhbətimizdən nə o doyurdu, nə də mən. Düz üç saat. Həmişə təngnəfəs olan ustad bu dəfə heç yorulduğunu hiss etdirmirdi. Heç Firuzə xanım da "Ay İsa, bəsdi, indi ürəyin dayanacaq" – demirdi. Söhbətin maraqlı alınmağı məndə gələndəfəki söhbətimizi əsərlərinin üzərində yox, həyatdan, sevgidən, ümumi ədəbiyyatdan qurmaq arzusu yaratdı. 31 mart gecəsi isə səhər İsa müəlimlə görüşmək üçün suallar hazırladım. Yazdığım suallardan ən yaxşısı və özlüyümdə bir tapıntı kimi düşündüyüm sual: "18 yaşlı eşqlə 86 yaşlı eşqin fərqi nədir, eşq qocala bilərmi?" idi.

Səhər isə məni yuxudan İsa Muğannanın telefonundan gələn zəng oyatdı. Saata baxdım... 8-ə işləmişdi, təəccübblə telefonu açdım. Həmişəki kimi Firuzə xanım idi. Adətən, Firuzə xanım zəng edər, kef-əhval soruşduqdan sonra İsa müəllimə verərdi. Bu dəfə isə belə olmadı. O ağlayırdı: "İsa dünyasını dəyişdi...". Bəli dünyasını dəyişdi. Əminəm ki, Muğanna dünyasını dəyişməmişdən öncə "Ağ" deyə bildi. Və qohumlarının olduğu planetə getmiş, saflaşmış ruhlarla qovuşmuşdur.

Artıq Muğanna öz dünyasına uçdu getdi... Amma bizim dünyamızı da Muğannasız qoymadı... Həm yerdən, həm göydən yazdıqları ilə qəlbləri saflaşdırdı, könülləri əbədi fəth etdi, getdi.

Buyurun, söhbətimizin əsas hissəsini yazıya alıb sizlərə təqdim edirəm.

– Sən de görüm, necə dərk eləmisən? Mən də onun üstündə deyim də...

– Müqəddiməni oxumadan kitab oxunmaz!

– Bu "Cəhənnəm"i yazanda mən həmişə islam dini haqqında fikirləşirdim. İslam dininin peyğəmbəri hesab olunan Məhəmməd peyğəmbər əslində SafAğ elminə isnad edir. İslam dini islama isnad edən təhrif alimlərin təhrif dinidir. Cənnət-cəhənnəm də elə şəklə salınıb ki, uydurma kimi görünür. Nəimidən so-ruşurlar ki, "Cənnət haradadır?" Deyir, ayağının altına bax. Yəni yer, torpaq özü cənnətdir. Cəhənnəmin varlığını insan öz bətnində axtarmalıdır. Özünün xarakterində, əməllərində, gördüyü işlərdə, dünyagörüşündə axtarmalıdır. Bu-nun bir tərəfini də fantastikaya bağlamaqla deyirəm ki, həyat özü, kainat özü fantastikadır. O Ayın cəhənnəm adlandırılması da doğrudur, bir tərəfdən də yalandır. Doğrudur, ona görə ki, nöqsanlı insan yerdə öləndən sonra bunun işığı gedir Ağa - Ay planetinə. Orda günün müəyyən saatlarında oturur, tərpənə bil-mir yerindən. Bütün pis əməlləri, həyatı, insanlara münasibəti lent kimi gəlib gözünün önündən keçir. Bu, saflaşma prosesidir. Cəhənnəmdə yanmaq yalandır. Saflaşma prosesi gedir, sonra gəmiyə minir, o biri planetlərin hansında bunun qohumları var, gedir ora. Əbədiyyətə qovuşur, əbədi yaşayır. Bu cənnət-cəhənnəm məsələsi yerdə insanın həyatında böyük rol oynadığına görə, mən bunu SafAğ elmi nöqteyi nəzərindən aydınlaşdırmaq məqsədiylə yazmışam. Və orda da mənim babamın iştirakı təsadüfi deyil.

Omar ağanın.

– Bu Musa Omar ağanın oğludur. Cavankən rəhmətə gedib. O biri Musa ƏsƏlməndi – Süleyman peyğəmbərdi. Babamın babasıdır. Babamın atası Hüseyn ağadır. Hüseyn ağanın atası da Süleyman peyğəmbərdir. Burda cəhənnəm həm Saf Ağ elmini, həm də dini tərəfdən cənnət-cəhənnəmin ma-hiyyətini açmaq, insanın bətnində cəhənnəm olduğunu sübuta yetirmək məqsədi güdürəm. Ümumiyyətlə, Saf Ağ elminin hər əsərində bir guşə açılır. Bu bir guşə də cənnət-cəhənnəm söhbətinə görə yazılıb.

– Səmədin dünyagörüşü aydın olduğuna görə məlumdur ki, bu ancaq Bünyad bəyin daxilini açmaq üçün, suallara cavab almaq üçün deyilib. Səmədin dünyagörüşü özünün dediyi sözlərlə tutuşmur.

Səmədin nöqteyi-nəzərindən həqiqət deyil bu. Səmədin dünyagörüşü məlumdur. Səməd EySara inanır, Bağ ataya inanır, o biri peyğəmbərlərə inanır. Odər EyƏsÜn babamıza inanır. Onların boynuna bu boyda günahı yıxmaq Səmədin obrazına zidd olar. (86 yaşlı yazıçının yaddaşına heyran olmamaq mümkün deyildi. 10-15 il bundan öncə yazdığı əsərə bu qədər bələd olmaq hər yazıçıya xas olmur. Bu sualı verəndə açığı narahat idim ki, mənim üçün aydın olan bir sualı niyə soruşuram. Amma öz dilindən eşitmək üçün bu sualı verdim. Əsərin ideyasına zidd olacaq, nəyi isə unudacaq heç bir fikir eşitmədim.)

– Şəmil, mənim, ümumiyyətlə, Saf Ağ elmində Şah İsmayıla münasibət ikilidir. Bunun babası Şeyx SafAğdır. O, Bağdadda böyüyüb, orda saf ağ elmi ilə məşğul olub. Sonra başlayıblar bunu izləməyə. Bu təhlükə qarşısında qaçıb Ərdəbilə gəlib. Burda adını dəyişib. SafAğ əvəzinə adını qoyub Şeyx Səfi. Şah İsmayıl da şeirlərində, yaradıcılığında elmi gizlədib. Yanında saxladığı aşıqların şeirlərində elmi saxlayıb, gizlədib. Sultan Səlimlə müharibəyə hazırlaşıb. Bu, bir münasibətdir. Səlim islamı qəbul etmişdi. Türkiyədə islam dini çiçəklənirdi. Şah İsmayıl islama qarşı idi, indi heç kəsin açmadığı məsələdi bu. İslamın Türkiyədə kökünü kəsmək üçün Çaldıran müharibəsinə çıxdı. Bu, onun elmi gizləmək üçün müsbət cəhəti idi.

– Çaldıran müharibəsi İslam dininə qarşı idi. Onu heç kəsə açmayıb. Aça bilməzdi. Çünki islam dininə qarşı idi. İslamın belə mürtəce vaxtında bunu açmaq mümkün deyildi. Nəsimi deyir ki, "ənəlhəq sirrini faş elədim mən". O, ÜnƏlAğ deyib, amma bunu onun divanlarından pozublar. Hamısını ənəlhəq ediblər. Onları da, SafAğı tərənnüm edən şeirlərini də dəyişdiriblər. Dəri dilini, OdƏr dilini... Dəri farscadı, OdƏr bizim dildədir. Dərisini soyublar. Həm fiziki cəhətdən, həm də divanlarında dərisini soyublar. Şah İsmayıla gəlincə, Şah İsmayıl deyir ki, ənəlhəqi gizlədim mən. Onu da indiyə qədər açmayıblar. O şeiri gizlədiblər. Çox müqtədir alimlərimiz, dəyərli alimlərimiz Nəsiminin bu cəhətini gizlədiblər. Daha doğrusu, başları çıxmayıb, deyəsən. Quluzadə Mirzəağa "Nəsimi" filminin məsləhətçisi idi. Mənə sual verdi ki, Nəsiminin portretini necə yazarsan? Dedim, "gözlərinin qaranlığında işıq qaynayırdı". Dedi: – Doğrudur. Nəsiminin ənəlhəq sirrini faş eləmək haqda mən ondan soruşdum. Dedi ki, mən heç Nəsiminin Hələbə niyə getdiyini də bilmirəm. Niyə gedib? Sonradan mənə məlum oldu ki, Hələb Əlev şəhəridir. Eysarın evi, Eysarın fikri. Bu cəhətdən Şah İsmayılın elmi gizlətmək məqsədinə də çatıb, gizlədibdir. Özbəkistan, Qırğızıstanda da bu elm yayılmışdı. İslamın süqutu başlamışdı. Bağdadda İxvan-əs-Səfa qardaşları var idi və onlar jurnal buraxırdılar. Nizami haqda məqalələr çap edirdilər.

– Nizaminin vaxtında. XIV əsrdə islam təzədən yayılıb. Xəlifə Ömər təhrif Quranın üzünü köçürtdürüb göndərib Özbəkistana, orada təzədən yayılıb. Türkiyədə XIII əsrdə gəliblər vətənə, XIV əsrdə dini mükəmməl şəkildə qəbul ediblər və camaat arasında yayıblar. Amma bir cəhəti də qeyd etmək lazımdır ki, niyə bizə qılınc müsəlman deyirlər? Çünki ərəblər hücum ediblər bura. Bağ-dad xəlifəsinin əmri ilə Azərbaycana hücum çəkdilər, dini qəbul etdirdilər. Kəndlərə, şəhərlərə dəstə-dəstə ərəb atlıları girdi. Qılıncı çıxarıb insanların boynuna qoyub deyirdi ki, kəlmeyi şəhadəti de. Onda gərək onlar deyəydi ki, "la ilahə illallah" mənim əqidəmdir. Allahdan başqa Allah yoxdur. Bir Allahdır, nə doğub, nə törəyib, nə oğlu, nə uşağı var. Belə mistik qüvvə kimi Allahı təqdim ediblər. Bağ ata da unudulub. Eysar olub xaçın Allahı.

– Nə üçündür bu sual?

– İnsanın bətnində yaşayan, daimi yaşayan, ölməyən, dünyaya baxışını idarə edən bir məfhumdur.

– Vicdan dinin hamısıdır.

– Müsavat Azərbaycana gələndən sonra bəy yaranıb. Bu da oradan qalıb. 1920-ci ilədək Azərbaycanda bəy də, ağa da olub. 1920-ci ildən sonra Nəriman (Nərimanov) hakimiyyəti alandan sonra ağa, bəy sözü yığışdırılıb.

– "Bəy” təhrif olduğuna görə... Nəriman SafAğ elmini bilirdi və mənim əmilərimə Nizamidən, Nəsimidən başlayaraq üzübəri dərs deyirdi. Mənim əmim İsa Əfəndi İslam tarixi kitabı yazmışdı. O, OdƏr mədəniyyətinin necə təhrif olunduğunu yazmışdı. Onu mənim Xanbaba əmim torpağın altından çıxardı. Vərəqlərini bir bir gözümün qabağında yandırdı. Onun titr səhifəsini mən yalvardım, aldım. Orada – arxivdədir. Ruscadır. "Eto napisano İsa Quseynovım” (Bu, İsa Hüseynov tərəfindən yazılıb). O, "Bağ” sözünün təhrifidir. Ona görə də Nərimanov "bəy" sözünün əleyhinə idi. "Müəllim" sözünü Nərimandan sonra sırıyıblar millətə sovet dövründə. İndi o qədər yayılıb ki, hətta müəllim olmayanlara da "müəllim" deyilir. Bu, çox təhrif, çox yalan bir ifadədir. Ona görə mən məcburam müsavatın gətirdiyi təhrif "bəy" sözünü işlədim və deyim ki, bu "Bağ" sözündən azmadır.

– Nəriman onunla yaxın dost olub. Lenin Nərimandan dərs alıb. Çünki SafAğ elmi dünyəvi elmdir. Eysarla Bağ ata ilə bağlıdır. Bunu unutmaq olmaz. Lenin materializmi yazanda Maxı (Yəhudi əsilli Alman filosofu Max Hor-keymer) niyə tənqid edir? Max özü də "Bağ" sözündən azıb. O, özü də təkallahlığı dini cəhətdən izah edir. Lenin onun əleyhinə çıxır. Ancaq buna görə.... Əslində Lenin Nərimandan dərs almışdı.

– Max birbaşa "Tək tanrı” demir. Yazısında nə Bağ atanın oğulları var, nə EyƏsün var, nə EyOdər var. Bunların heç birini qəbul etmir Max.

– Yox.. yox.. Təkallahlığı qəbul etmək cinayətdir. Türkiyədə bir təriqət olub. Onlar Türkiyəni tərk edəndə sərhəddə deyiblər ki, biz də "la ilahə illallah" deyirik. Onunla da salamat qalıblar. Amma əslində "la ilahə illallah"dan başqa dünyanı təhrif eləyən ikinci böyük bir kəlmə yoxdur.

– Ağ... Saf Ağın qısaldılmış variantı.

– Müəllif deyir ki, Bünyad bəyin cəhənnəmi onun bətnindədir. Bünyad bəyin Ay planetinə uçmağı, qızlarla görüşməyi, o söhbət-bunların hamısı bədii əsər priyomlarıdır. Bünyad bəyin daxili aləmini açmaq üçündür. Fantastika əs-lində həyati materialdır. O da Bünyad bəyin daxilini açmaq üçündür. O heç cür qəbul edə bilməz nə Eysarı, nə Bağ atanı. Təhrif insanı suitilərə qulluq edir və axırda su itləri gəlib onun başına oyun açır.

– Bu torpaqda qalıb Bünyadın meyidi. İşıq çıxmayıb içindən. İşığı kainata uçanda... Quranda da sonuncu surədir. Orada doğrudur. İslam o axırıncı surədə həqiqəti saxlayıb. Ərəb dilində saxlayıb. OdƏr dilində qarışıqdır. Amma ərəbcə oxuyanda görürsən ki, deyir, sən uçub gedəcəksən dərgaha, saflaşandan sonra allahın hüzurunda olacaqsan.

– Yox.. İtlər onu o abıra saldılar... (Gülür)

– Cənnət... Xristianlar "ray" deyirlər dəəə... Ora bizim ilk vilayətimiz ƏrEyin adıdır və ƏrEydəki həyatın gözəlliyi ilə əlaqədar, orada gözəllik, çaylar, meşəlik, bəzi əsərlərdə südlə bal arxı axır... Oradakı bolluqla, həyatla, insanların münasibəti ilə əlaqədar ƏrEyi Ray adlandırıblar. Elə xristianlar da elə adlandırırlar. Amma cənnət, cəhənnəm ərəbcə "cənn" sözüdür. İkisi də eyni mənadadır. Sözün ilk hissəsi "cənn" eyni mənadadır. Çünki cənnəti də təhrifdir, cəhənnəmi də təhrifdir, uydurmadır.

Ay planetində belədir ki, insan günün müəyyən hissəsini adi həyatdakı ki-mi gen-bol yaşayır. Amma elə ki, kresloda əyləşdi, artıq tərpənə bilmir, heç cür tərpənə bilməz. Əli-ayağı tutulur, qıc olur və gözünün qabağında hadisələr cərəyan edir. Bəziləri 6 aya, bəziləri bir ilə saflaşır.

–Gəmiyə minir, gedir.

– Yox...

– Yox... Safağ elmi nə qədər mürəkkəb görünürsə, bir o qədər sadədir, bir o qədər anlaşıqlıdır.

– Cırılıb, yandırılıb. Yoxdur həyatda.. Orada çox şeylər var idi. Onu Va-tikandan göndərilən hökmdar edib. Bağdada göndərilib Sergey – Sar Od Ey.. Ser Ki Ey təhrif adı Sergeydi. O, Müaviyənin köməyi ilə həmin OdƏr variantını yandırıb, məhv edib. Yerinə OdƏr dilindən "la ilahə illallahı" başa çəkib. Vatikanın göstərişi necədirsə, Bibliyanın göstərişi necədirsə, ona uyğun tərtib ediblər. Ün Ax Sar Ün Ağ təyin olunub İbrahim peyğəmbər. Onun Sarlığını, hökmdarlığını Saraya evlənmək kimi qələmə veriblər. Ün Ağı da İnək ediblər ki, bir sarı inək tapıblar. Onun yarısını verdilər yəhudilərə. Guya bununla da yəhudilər adam öldürməkdən əl çəkiblər.

– O İblis Bünyadın təsəvvüründə yaranır. O yuxu yatmağı təsadüfi deyil. Yol ayrıcında yatır.

– Sufi təhrifdir. Səfi sözü təhrifdir. Kişinin adı Saf Ağdır. Xətayinin babası.

– Bu, həyatdan gələn faktdır. Nizami Cəfərov xaricdə hürufiliyə həsr olunmuş müşavirəyə qatılıb. Orada "Məhşər" əsərinə görə hürufiliyə neohürufizm deyirlər. Burda Nəsimi, Nizami deyir ki, alimin yeri başda olmalıdır. Bir həqiqət də var ki, tam savadsız çobanın həyata münasibətdə öz təfəkkürü formalaşır. Ona görə də bu, klassiklərin diqqətini cəlb edib, onu müsbət obraz kimi təqdim ediblər. Çoban göy haqda elmi bilməsə də, həyatda təsəvvürü elmə yaxındır.

 Burda heç bir ikinci fikir yoxdur. Onlar heç cür bəşəriyyəti, cəmiyyəti qəbul etmirlər. Şəhərbəşəhər, kəndbəkənd gedib ağıllı adamlarla görüşür, həsbi-hal edir. O insanlardan bəhrələnir, lazım olanda özləri onlara elmi fikir verir. Dərvişlik islamın bəhrəsidir.Cəmiyyətdən qaçanlar insanlardan qaçırlar. Dərvişlər baxmayaraq ki, allahı vəsf edirlər, amma bu, etiqaddan gələn şeydir. Burda yanlışlıq var. Təkallahlığı vəsf etdikləri üçün yanlışdır. Yalan etiqad olsa da, yenə də etiqaddır. Etiqad insana kömək edir.

– Türk dili OdƏr dilidir, amma qarışıqdır. Terminlər, dağ, çay, şəhər adları – hamısı təhrifdir. OdƏr təsəvvürü SafAğ elminin təbliğı ilə əlaqədardır. Saf Ağ elmi tədris olunacaq, Bakıda, Rusiyada, Amerikada yayılacaq.

– XIV əsrdə islam inkişaf edib. XI, XII, XIII əsrlərdə Bağdadda Saf Ağ elmi hökmran olub. Nəsiminin dövründə çox olub.

– İbrahim qeyri-şüurlu şəkildə idi. Şeyx Əzəmin pis əməl sahibi olmağı bunu islamdan aralayıb. İbrahim müsbət adam olub.

– "Bizim qızlar"dan tam imtina etmişəm. Son dərəcə bəsitdir. O biri povestlərdən şərti imtina etmişəm... Yenidən işləmişəm onları.

– Yox... "26-lar".. Şaumyanın milliyəti yəhudidir. Mən dövlət arxivinə gedirdim. Orda Şaumyanın 19 metrə çıxışını çəkiblər, göstəriblər mənə. Mən təəccübləndim ki, Şaumyan portretdə erməniyə oxşamır. Arxivin müdiri gəldi, soruşdu ki, nə gördün? Dedim ki, bu, erməni deyil, dedi: "Afərin! Lenin özü də tatar yəhudisidir".

– Onlar OdƏr idilər. EvƏrEy OdƏrləri deyiblər onlara. Vatikan OdƏrlərə qarşı çıxdı. Vatikanın yəhudilərə qarşı təbliğ etdiyi şeydir. EvƏrEylərə qarşıdırlar. EvƏrEy bizim birinci vilayətimizdir. Gəmi OdAğÜzdən gləndə ora düşüb ilk dəfə. Xristianların ƏrEyi ray etməyi təsadüfi deyil.

– Mən İsa Hüseynova nifrət edirəm.Təfəkkürünün bəsitliyinə görə nifrət edirəm.

– Yox. Mən onların işlənmış versiyalarını qəbul edirəm.

O vaxt İsa yazanda onun haqqında dedilər ki, o, böyük yazıçı olacaq. Ona deyirdilər ki, o, Azərbaycanın Dostoyevskisidir.

Sonra da "Folkner" adlandırırdılar. Amma Nizami məqalə yazıb, çox aydın izah edib: "Muğanna həqiqəti və ya həqiqətin muğannası".

– Hələ çox dumanlıdır. EySar deyir ki, təzə tsikl başlayacaqsan. Birinci əsərin böyük romandır. Amma nə məzmunu, nə də ideyası haqda heç nə demir... Amma deyir gözün açılsın, sonra deyəcəm. Stolumun üstündə bir səhifəlik yazı var, hər səhər gedib o yazıya baxıram ki, görüm gözüm düzəlir, ya yox. Bu səhər baxdım gördüm ki, oxuya bilirəm az-az


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0217 saniye