Məktəbin dəhlizini silə-silə öz həyatını düşünürdü.
Yaşıdları oxuyurlar, o isə xadimə işləyir.
“İşimin adı nədir? Təmizləmək!”
İki körpəsi var.
Məcburi köçkün yataqxanasında anası ilə birgə yaşayır.
21 yaş böyük əri onu 2 uşaqla atıb Rusiyadakı tökülüb qalan işlərini davam etdirmək üçün gedib.
Söz vermişdi ki, 16 yaşı olanda nigah bağlayaraq Rusiyaya aparacaq.
Artıq 3 aydır ki, 16 yaşı tamam olub.
Nə bir zəng var, nə də xəbər-ətər.
Dərdini kimə desin?
Qayınanasından soruşmağa qorxur.
Körpələrini düşünür.