İşıq gələn tərəf, yoxsa it hürən?
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 14:49 24 fevral 2015 tarixində əlavə olunmuşdur

-Mən qorxuram, normal yaşamaqdan qorxuram. Həm indi “normal” yaşamaq var? Hara baxırsan, qan su yerinə axır, xəstəlik baş alıb gedir, rüşvətxorluq artır, nə bilim... Heç bilmirsən ki, uşaq dünyaya gətirmək olar, ya yox?! Uzun sözün qısası, yaşamaq istəmirəm. Əlimdə olsaydı, çoxdan rədd olub gedərdim, amma xəstə anam var. Mənsə ona baxan yeganə oğulam. Qardaşlarım xaricdə kef çəkirlər.

-Ərimin məni atıb o fahişənin yanına getməsindən sonra özümə yer tapa bilmirəm. Hər yeri dağıtmaq, məhv etmək istəyirəm. Bütün kişilərə nifrət edirəm, onların gəbərmələrini, əzab çəkmələrini istəyirəm. Bankda neçə ildir çalışdığım kişilərə düşmən kimi baxıram artıq. Ağzımdan nalayiq sözlərin çıxmaması üçün zorla da olsa, özümü saxlamışam. Oğlumla necə davranacağımı bilmirəm artıq. Sabah-birisigün 9 yaşı olacaq. Onu parçalamaq istəyirəm. Bəlkə ürəyim sakitləşər...

-Sevgilim məni atıb gedəndən bəri lənətəgəlmiş içki şüşəsi əlimdən düşmür. Elə hey içirəm, içirəm, içirəm. Dayana bilmirəm. Valideynlərim, bacım ağlaya-ağlaya mənim müalicəmi istəyirlər. Hə, tutaq ki, bu zəhrimardan müalicə olundum, bəs param-parça olmuş ürəyim? Cəhənnəm olsun hər şey-universitet də, dostlar da, diplom da, əsgərlik də, iş də, hətta ailə də, rədd olsunlar həyatımdan! Mən heç nə istəmirəm, heç nə! Ancaq içərək gəbərmək istəyirəm...

-Anamın intiharından sonra məktəbə getmək istəmirəm də, is-tə-mi-rəm! Ora bir cəhənnəmdir. Atam da yalvarır-yaxarır ki, sonuncu sinifsən, olmaz belə, get oxu bitir, sonra universitet-filan. Bəs mənim istəyim? Niyə heç kim bunu soruşmur? Elə ona görə də məktəbə getmək əvəzinə əyləncə klublarında siqaret çəkirəm, içirəm, əylənirəm. Bəlkə də anamı, onun intiharını unuda bildim. Amma olmur, lənətə gələsən, olmur! Bir tək narkotiklərə qurşanmamışam, amma deyəsən onun da dadına baxmaq lazımdır. Atam məni istəyir döysün, söysün, övladlıqdan çıxartsın, vecimə deyil, bədənimi satıb o zəhrimardan bol-bol istifadə edəcəyəm...

-Atamın maymaqlığından bezmişəm artıq. Anam elə buna görə onu atb başqası ilə qaçıb da. Atamın polis tanışı deyir ki, sənin anan səni heç istəmir, amma atan istəyir. Xa-xa-xa! Atamın məni istəməyi sayəsində küçələrdə “davakar oğlan” adı ilə səs salmışam, vecinə də deyil. Gedir o cındır geyimi ilə fəhləliyini edir ki, pul qazanır guya...

Tanınmış psixiatr Mehman ona gələn hər kəsi dinləyirdi. Yalnız az adamın bildiyi bir həqiqət var idi ki, Mehman marixuana istifadəçisidir. 5 il əvvəl həyat yoldaşını avtomobil qəzasında itirdikdən sonra bu bəlaya düçar olmuşdu. Düzdür, az miqdardan istifadə edirdi, amma yenə də “ağ ölüm” elə ölümdür, onun nə adı dəyişilir, nə də mənası. Dostlarına söz versə də, hər dəfəsində o avtomobil qəzasını xatırlayarkən özünü marixuanada tapırdı. Bir az rahatlıq tapırdı, hər şey yaddaşından silinirdi. Hətta sevirdi bu anları, uzunömürlü olmasını arzulayırdı. Bilirdi, başa düşürdü ki, bunun geci-tezi var. Baxmayaraq ki, çox az istifadə edirdi hələ ki, bir vaxt gələcək, asılı olacaq, ağ toza görə hər cür alçaq əməllərə əl atacaq. Amma yenə də ayrılmaq istəmirdi. O “zəhər”in dadına baxdıqca miqdarında artımı düşünməkdən savayı heç nə düşünə bilmirdi.

Seans bitdikdən sonra uzun müddət yerindən tərpənmədi. Dərin boşluğa məhkum gözlərini məchulluğa zilləyərək nəfəsini içəri çəkdi. Bir xeyli belə vəziyyətdə oturduqdan sonra ayağa qalxıb pəncərəyə tərəf addımladı. Şəhərin heyranedici panoraması nəfəskəsici idi. Əlləri cibində bir xeyli tamaşa etdikdən sonra masa arxasına keçib əyləşdi. Rahat şəkildə söykənib gözlərini qapatdı. Qızını düşündü. Fahişə qadından olan qızını. Sabah bir yaşı tamam olacaqdı. İlk əvvəl uşağın özündən olmasına inanmamışdı, amma uşaq doğulandan sonra DNT analizi təsdiqlətdirmişdi. Bu vaxta qədər onu görməkdən imtina etmişdi. Lazımi ünvana pul göndərərək üzərinə düşən vəzifəni yerinə yetirmiş sayırdı özünü. Nifrət etmək istəyirdi öz qanından canından olan qızına, fəqət insanlıq- məhz insanlıq, atalıq yox,- duyğusu buna imkan yaratmırdı.

Siyirtməni çəkib oradan bir kitab çıxartdı. Onun kitabı. “Ruh həkimi”. Hələ də satışdadır. Hə, bir də səsləndirmələri olan diski var.

İşıq gələn tərəf, yoxsa it hürən? Artıq bir neçə gündür ki, bunun üzərində düşünürdü. Narkotiklərə “əlvida” desinmi? Qızını yanına alsınmı? Bacaracaqmı?...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0316 saniye