İslam gücsüzləşir, cinsi azlıqların bayramıdır
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 18:08 08 iyul 2015 tarixində əlavə olunmuşdur
     Biz daha kimləri tanımadıq ki, Elton John, Miley Cyrus, Conchita Wurst və b. kimi. Biz daha nələrə şahid olmadıq ki, ABŞ, Norveç, Niderland və digər ölkələrin qanunları kimi. Biz daha nələri eşidib təəccüblənmədik ki, Hindistanda evli kişilərin başqalarının arvadları ilə halalmışcasına münasibətə girməsi adət-ənənə sayılan, atanın qızı, oğulun anası, qardaşın bacısı ilə birlikdə olması və fəxrlə intervyular verməsi kimi. Necə razılaşaq axı " Dünya kirli deyil, onu kirli görmək istəyənlər elə görür" fikri ilə. Necə susub danışmayaq, göz yumaq Allaha, Kitabına qarşı çıxmalarına. Necə övlad dünyaya gətirmək istəsinlər içində Allah qorxusu olanlar bu cür vəziyyətləri gördükdən sonra. Siyahı uzanıb gedir sıralamağa davam etsək, Norveçinə, Niderlandına, ABŞ-a kimi kilometrlər aşacaq... Keçən gün cinsi azlıqlarla bağlı bir neçə xəbər qarşıma çıxdı oxudum və jurnalist dostlardan biri məqaləsini göndərdi ki, bax gör Obama neynir dünyanın o biri ucunda. Bu xəbər və məqaləni oxuduqdan sonra bir daha anladım ki, din həzz qarşısında diz bükür hər gün bir az daha.  Bu qanunları qəbul etmək üçün də xristiyanlar arasında nəsilli-nəcabətli ha müsəlman ol nə faydası. İndi bizim də öz ölkəmdəki lezbiləri, transları, bio və homoseksualları qoyub Obama qağanın kimlərinsə təsiri altında olaraqdan və ya olmayaraqdan verdiyi qərarına plastik əməliyyat keçirərək  burun uzatdırıb soxmaq (bir az sərt oldu sonluq yola verin getsin)  nə həddimizə. Hələ bundan 3 il öncə iş yoldaşlarımdan birinin sevgilisinin şəklini göstərərək aralarında olanları anlatmağa çalışması (tərslikdən hamısı yaraşıqlı oğlanlar və gözəl qızlardı bu yolu yol bilib seçənlər :) )  artıq məsələnin gün gələcək Qarabağdan sonra gündəmi zəbt edən ikinci aktual məsələ olacağını hiss etmişdim və reallıq da günbəgün bunu göstərir. Təəssüf ki, "müasirləşək, müasir düşüncəyə malik olaq" adı altında "Obama qanunu"na doğru irəliləyirik. Sanki dənizkənarı bulvara normal münasibətlilərin orada-burada qucaqlaşıb öpüşmələri üzündən həsrət qalmağımız azmış kimi, bir də mədə bulandıracaq olan cinsi azlıqların ( ki məncə çoxluq deyilməlidir artıq) hal və hərəkətlərini, çıxaracağı oyunları Braziliya serialları, Argentina evləndirmə programları kimi  istəməsək belə izləməyə məcbur olacağıq. Necə deyərlər "İslam gücsüzləşir, cinsi azlıqların bayramıdır" ki bir gün elə güclənib qalxacaq ayağa ki, bu din sanki Antaraktidada okeanın ortasında buz dağının üzərində çıplaq dayandığınızı sanaraq tir-tir əsməyə başlayacaqsınız o zaman da sizə dəstək verənlər, özünüzkimilər köməyinizə gələcək narahat olmayın.       Oğlan dünyaya gətirmədi deyə arvad boşayan kişilər, görəsən,20 il  oğul sahibi həmcinslərinin bir gün həmin oğlanlarının qıza çevrildiyini eşidəndə nə kimi təpki verirlər. Arvadı ilə sanki hər şey onun əlindəymiş kimi oğlan uşağı davası edən atalar, Ölümdü mü bu sizə qadanız alım, onda təcili infakt ya da intihara cəhd başqa yolu yoxdur artıq. Allahdan cəzanızı almısınız bir ata kimi siz də. Qısacası bu günlərin trendi,modası, hiti İlahi Ədalət üstündə də Dante-nin İlahi Komediyası olmasa da İLahi Tragikomediyası da bonus.( yaşasaydı yəqin adını da dəyişərdi əsərin)  Əslində, İkisi də acınacaqlı vəziyyətdir həm oğlanın qıza çevrilməsi həm qızın oğlana və də münasibətə girmələri filan. Yazarkən belə mədə bulandırır. Amma yuxarıda qeyd etdiyim ağır dərddir.   Sözüm onda yox, doqquzda, səkkizdə də yox özümdədir ki, yaxşı əməl deyil, çəkinin bu yoldan. Üstəlik bəzi sənətçilər və övladlarının da Obama qağanın qanunundan sonra sponsor tapmış kimi dilləri açılıb, cani-könüldən dəstək verib anlayışla qarşılamağı sosial şəbəkə istifadəçilərindən yüngülvari xahişlə tələb edirlər. Yəni qısa olan nöqteyi-nəzərindən yanaşsaq  "Mən Allaha da, Onun Kitabına da, Qanunlarına da qarşı gəlirəm davay brat, arxamca gəlin". Gözləyin çoxluqda ayaq altında qalıb zədələnərsiniz. Uca Ailuros sizi hifz etsin.  Azərbaycan qanunlarını  veclərinə almayan cinsi azlıqlar, Barak qağaya təşəkkürlərini ərz edib Robert Muqabeyə müsbət cavab verəcəyi təqdirdə  də təbriklər deyərək ilk təbrik edənlər sırasında yer alıb Azərbaycanı dünyaya tanıtma şərəfinə layiq görülmək niyyətindədirlər utanmaslar durub dövlət səviyyəsində bayram da təşkil edəcəklər.    Xəbərlərə yazılan şərhərə baxırsan 90 %-i "öz işidir" "siz bilmirsiniz o daxilində nələr yaşayır" kimi fikirlər. Əslində hər kəsin fikrinə biz də hörmətlə yanaşırıq fəqət dini İslam olan normal düşüncəli hər bir kəsin borcudur ki, bu cür insanları Allahın da ən böyük günahlardandır dediyi əməllərdən çəkindirsin. Daha "Dəstəkləyirəm" deyib hər yerdə onları yaxşı əməl sahibiymiş kimi göstərərək bayraqlarını profil rəsmi qoymaq da nədir. Cəhənnəmdəki qazanlara başı aşağı fırladıldığınız zaman görəsən halınız necə olacaq sizin. Xristiyanlar İncil, Yəhudilər Tövratı siz də Quranı heç sayın görək hara kimidir yolunuz.  Bir gün bütün dünya ABŞ-ın pisliklərinə tamamən boyun əyəcək könül istərdi ki, bu ölkə İslama boyun əyənlərdən olub Quranı özünə Konstitutsiya elan etsin.   O qədər çirkinləşmiş ki, dünya oysa ki, Allahu Təala bir o qədər də gözəl yaratmışdır. Ancaq nə yazıq ki, qulları şeytan nəfisli, şeytan həzli, şeytan ehtiraslı çıxdı. İndi üstündə triliyonlar verilərək ölənləri belə göndərsələr bu dünyaya əsla qəbul etməzlər.     Son olaraq isə, Norveçin 7 yaşlı uşaqlara cinsiyyət dəyişmə hüququ verməsindən hələ də şokda olduğumu bildirim. Üstəlik valideynlərin müdaxilə hüququ da yox imiş. Görün, norveçli uşaqlar 7 yaşında hansı zəkaya sahib olurlar ki, 15 il sonrasını düşünərək addım atırlar. Uşaq ağlı ilə getsin dəyişsin cinsini 10 il sonra əvvəlki vəziyyətində olmaq istəsin və həyatı qadınlığı, kişiliyi bilinmədən ötüb keçsin. Bir sözlə Norway veyillənə-veyillənə gedir özü üçün dünyanı idarə edən ABŞ-I da salıb quyruğuna. Bir çuxur da açılmır ki, girə yerin dibinə dünya rahatlıq tapsın. Üstünə torpaq atmaq bizlikdi.

... dəfə oxunub
Qiymət: 5/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+19=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0243 saniye