Qırız dağlarının tər güllərindən
Özümə bir çiçək dərmək istədim.
Ayrılıb dünyanın dərdi-qəmindən,
Ona ürəyimi vermək istədim.
***
Baxışdıq bircə an,dinə bilmədik,
Xəyal aləmindən enə bilmədik.
Alışdıq,odlandıq,sönə bilmədik,
Onunla bir ömür sürmək istədim.
****
O gülün ətrindən doya bilmədim,
O gülün şəhdindən doya bilmədim.
Gözümdən uzağa qoya bilmədim...
Hər zaman yanımda görmək istədim.
***
Ayrıldım çiçəkli,güllü dağlardan,
Ayrıldım onunla keçən çağlardan.
Ayrıldım.ayrıldım o yaylağlardan
Mən öz gülzarıma dönmək istədim
***
Ona ürəyimi vermək istədim,
Onunla bir ömür sürmək istədim,
Hər zaman yanımda görmək istədim,
Mövludam,yarıma dönmək istədim..
Məm öz gülzarıma dönmək istədim.
13.07.1982.Qrız. Mövlud Ağamməd.