İstehza
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 10:28 02 avqust 2015 tarixində əlavə olunmuşdur

Tələsik addım səsləri belə qızın gözlərini kitabdan ayırmadı. Kölgə yaxınlaşaraq soruşdu:

-Bircə demə ki, bütün gecəni yatmayaraq dərslərini oxumusan!

İstehzalı gülümsünüb başını qaldırdı. Anasının gözlərindəki ifadə artıq onun üçün fərqini itirmişdi.

-Bəs sən, ana? Yenə məhkəmə kağızlarına görə yatmamısan, eləmi?

Qadın cavab vermədi. Elektrik çaydanı qoşub soyuducudan yeyinti məmulatlarını çıxartdı. Qız isə anasının hərəkətlərini bivec halla izləyərək yenidən diqqətini kitaba yönəltdi. Hə, gecəni yatmamış, dərs çalışmışdı. Buna görə hakim anası ilə söz-söhbəti də olmuşdu.

Həyat yoldaşını uzun sürən ağır xəstəlikdən itirəndə qızının 10 yaşı vardı. Atasının xatirəsini qoruyub saxlamağa and içmişdi. Atası mərd, dürüst insan idi. Və bu keyfiyyətlər qızına genetik miras kimi keçmişdi.

Ana qızının profilinə nəzər salaraq içindən gələn təbiiliklə ona qayğanaq bişirməyə başladı.  Birdən özündə dərin, əfv edilməzd günahkarlıq hiss etdi. Qızının ta uşaqlıqdan yayımlanan görüntüləri beynində ona işgəncə verməyə başladı. Göz yaşlarının səsi ilə çiyinlərinin atılıb düşməsini qızı sezsə də, soyuq baxış ataraq diqqətini kitaba yönəltdi. Əlini uzadaraq fincanı götürüb qurtum aldı.

Əslində aysberqin görünməyən tərəfi ilə ana-qız münasibətlərinə nəzər salındıqda aralarında uçurum daha fəlakətli hal almışdı. Qadın məhkəmə hakimi idi, bütün həyatını işə həsr etməyə hazır idi. Həyat yoldaşını itirdikdən sonra işinə ayıırdığı diqqətinin yarısı qədərini qızına ayırmırdı. Hər nə qədər qınanılsa da, özünə haqq qazandırırdı. Əgər işləməsə, o zaman özünü və qızını necə saxlayacaqdı? Baxmayaraq ki, vaxtilə elçi düşənlər çox idi. Amma dul qalmağa qərarını özünə görə vermişdi. Heç kimdən asılı olmaq istəmirdi. Zaman-zaman qızın anasına qarşı formalaşan soyuq, bivec , istehzalı münasibətinin kökündə inciklik dururdu. Atası ölümü ilə sanki anasının sevgisini qeyblərə məhkum olunmuşdu. Məhkəmə qərarları onu tamam başqalaşdırmış, qızının qayğıya ehtiyacını görməz olmuşdu. Amma hər dəfəsində kiçicik xatırlama ilə vicdan əzabı çəksə də, özünə verdiyi sözü yerinə yeritə bilmirdi. Artıq illərdir ki, ana-qız münasibətləri saxtalaşaraq çərçivə normalarına sığışdırılmışdı.

Ana qızının kitabını götürüb kənara qoyaraq qayğanaqlı boşqabı qarşısına qoydu. Sonra saçlarına sığal çəkərək xəfifcə gülümsəməyə cəhd etdi. Amma heç bir xoş reaksiya gəlmədi. Qızı gözlərini qayğanağa zilləmişdi. Ana da qızı kimi öyrəşmişdi artıq. Qol saatına baxaraq mətbəxdən çıxdı. Anasının evdən çıxdığını görərək boşqabı əlinə alıb qayğanağı zibil qutusuna atdı...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+16=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0273 saniye