İstəklərimiz
Uraqan tərəfindən "Ədəbi tənqid" bolməsinə 20:12 09 aprel 2014 tarixində əlavə olunmuşdur

İnsan həmişə ürəyi istədiyi şeyi etməlidir. İstədiyi kimi yaşamalıdır. Xoşbəxt olmaq üçün...

Nə dərəcədə düzgündür deyə bilmərəm...

Amma bu günün xoşbəxtliyi, gələcəyin bədbəxtliyinə çevrilə bilər. Xoşbəxtliyi kim nədə görür, deyə bilmərərm. Kimi pulda, kimi ailədə, kimi eyş-işrətdə, kimi...

Kimi də xoşbəxtliyi hələ də axtarır. İnsan xoşbəxt olmaq üçün ürəyi istədiyi işdə işləməlidir. Bilməm, düzgün fikirdir ya yox, bir dəfə bir dostum belə demişdi:

"Özünə uyğun iş deyə bir şey yoxdur. Sadəcə uyğunlaşdığın iş var" 

Deməyim də odur. Bəlkə də bizim xoşbəxtliyimizi bizim bizim çevrəmiz seçər, bizim mühitimiz, yaşadığımız insanlar, həyatımızın əzabları seçər...

Təbii ki, insandan da çox şey asılıdır. Bu göstəricini 50-50-yə bölüşdürək. İkisindən biri qalib, biri məğlub,

Güclü olan biz yoxsa həyatımızdır...?!

Yaşadıqca məlum olar...

Hər halda insanın yanında sevdiyi insanların olması da yaxşıdır. Həyata ruhlandırar bizi...

Bəziləri də öz prinsiplərinə görə yaşar. Sevdiyi insanlar olmasa da öz prinsipləri onu həyatda tutar.

Bəziləri həyatda məqsədləri olmadığını söylərlər. Amma inandırım sizi ki, əgər gecəni yatıb iki ayağınız üstdə dik durursunuzsa nəsə bir məqsədiniz var deməkdir.

 Məncə həyatda heç bir məqsədi olmadığını söyləyən insan, öz məqsədlərini axtaran insandır...

 

 

Yazı tarixi: İmza: Uraqan

                    18.03.2014

                     11:33:01


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+13=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.1048 saniye