İstəmədiklərimiz
Uraqan tərəfindən "Ədəbi tənqid" bolməsinə 21:46 09 aprel 2014 tarixində əlavə olunmuşdur

"İnsan nə üçün ürəyi istəmədiyi işi etməli və istəmədiyi işdə işləməlidir?" Bu sualı kimdən soruşsam hərənin bir cavabı, bir fəlsəfəsi olacaq bu haqda...

Bəs biz? Biz Nəyə görə bunu edirik? Ürəyimiz istəmədiyi işi...

Fədakarlıqdırmı bizi bu işə vadar edən, yoxsa, probləmlərimiz?! Bəlkə də ailəmizin və məktəbin doğuştan bizim beynimizə yüklədiyi əlavə, lazımsız funksiyalardır hamısı. 

 Hər halda heç kimin ürəyincə olmaz istəmədiyi işi görmək. Ancaq insan həyatının 3/4-nü istəmədiyi şeyləri etməklə keçirər.  

Təbii ki, insanın ailə qurmazdan qabaq ürəyi istədiyi hər bir şeyi etmək şansı çoxdur. Çünki ailə, həyat yoldaşı və uşaqlar.... biz valideynlərimizlə yaşadığımız zaman onları deyil də, özümüzü düşünürük. Ailə qurduqdan sonra isə həyatı öz uşaqlarımızın üzərində qururuq. Onların xoşbəxtliyi, bizim xoşbəxtliyimiz olur. 

Xeyr, buna valideynlərimizə qarşı xəyanət deyilmir. Çünki onlar da bir zamanlar bizim etdiklərimiz səhvləri edib, bizim gələcəkdə yaşadığımız hisslərin hamısını keçmişdə yaşamışlarlar. Necə deyərlər: 

"Ağac Heç Vaxt Çiçəyini Buraxıb Getməz. Ağacı Buraxıb Gedən Hər Zaman Çiçəkdir" 

Düşünəndə gülməli gəlir, Amma bu mənim fəlsəfəmin bir parçasıdır...

 Bəs sizin fəlsəfəniz nədən ibarətdir? Bunu mən yox, siz daha yaxşı bilərsiniz. Hər halda insan öz həyatını özü yaşayır. Ona görə də onları dinləyib fikirlərinə görə hörmətlə yanaşmalıyıq...

 

 Fikirlərinizi bildirməyi unutmayın :)


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+2=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0322 saniye